
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Jul 2020
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA MAGİSTRANTLARIN YAY İMTAHAN SESSİYASI DAVAM EDİR
02 iyul 2020-ci il
Geologiya və Geofizika İnstitutunda (GGİ) yay imtahan sessiyası ölkədə koronavirus epidemiyasına qarşı ehtiyat tədbirlərinin tələblərinə uyğun olaraq distant formatda "Zoom" platforması və “Skayp” proqramına uyğun təşkil edilib.İnstitutda təhsil alan I kurs magistrantlar “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə müvafiq fənlərdən imtahan verirlər.
Qeyd edək ki, magistrantlar iyun ayının 25- dən başlayaraq “Geostatistika”, “Dəniz geofiziki tədqiqat üsulları”,“Regional geologiya və geodinamika” ixtisaslaşma fənlərindən onlayn formatda imtahan sınağından keçirlər. Növbəti günlərdə isə onları "Tətbiqi geofizika", "Geologiyada riyazi üsullar", “Neft və qaz yataqlarının birbaşa axtarışı”, "Neft-qaz hövzələrinin modelləşdirilməsi" və digər fənlər üzrə imtahan gözləyir.