
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
07 Sep 2020
Diqər xəbərlər
GGİ-də YUBİLYAR ADİL ƏLİYEVLƏ ONLAYN FORMATDA GÖRÜŞ KEÇİRİLİB
07 sentyabr 2020-ci il
Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin rəhbəri, g.-m.e.d., professor Adil Əliyevin 90 yaşı və İnstitutda 70 illik fəaliyyəti pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn rejimdə qeyd edilib.
Görüşü Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə açaraq professor Adil Əliyevİ 90 illik yubileyi və İnstituda 70 illik elmi fəaliyyəti münasibətilə kollektiv adından təbrik edib.
A.Əlizadə yubilyarı dünya miqyasında palçıq vulkanlarının baş mütəxəssisi kimi tanındığını, onun elmi əsərlərinin daim istinad mənməyi olduğunu, gənc alimlərə qayğısını xüsusilə qeyd edib. Akademik bildirib ki, Adil Əliyevin keçdiyi həyat yolu nəsillər üçün elmə sədaqət nümunəsidir.
Görüşdə iştirak edən akademiklər - İbrahim Quliyev, Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, GGİ direktorunun ümumi işlər üzrə müavini Samir Məmmədov, GGİ Həmkarlar komitəsinin sədri Kamran Əliyev yubilyarı təbrik edərək ona cansağlığı, ailə səadəti arzulayıblar.
Yubilyar Adil Əliyev onlayn təbrik görüşünün təşkilinə görə həmkarlarına təşəkkür edib, keçən əsrin 50-ci illərində gənc geoloq kimi işə başladığı dövrə qısa ekskurs edərək peşəsinə sevgisinin o vaxtdan bir an belə sönmədiyini vurğulayıb. Professor pandemiyanın tezliklə bitəcəyini və doğma instituda fəaliyyətinə yeni coşqu ilə davam edəcəyini bildirib.

