Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Oct 2020 Diqər xəbərlər Diqər xəbərlər

GGİ II KURS MAGİSTRANTLARININ ELMİ RƏHBƏRLƏRİLƏ GÖRÜŞÜ


09 oktyabr 2020-ci il

Geologiya və Geofizika İnstitutunda təhsil alan magistrantların elmi rəhbərləri ilə görüş olub. Görüş Geologiya və Geofizika İnstitutu direktorunun elmi işlər üzrə müavini AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun rəhbərliyi ilə keçirilib.

İclasda magistrantların fərdi iş planlarında nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin icrası, elmi konfranslarda iştirak, növbəti semestrə planlaşdırılmış nəzəri və çöl işləri haqqında müzakirələr edilib. Həmçinin “Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə təhsil alan magistrantların dissertasiya işlərinin gedişatı ilə tanışlıq olub.

Görüşdə iştirak edən elmi rəhbərlər aparılan elmi tədqiqatlar haqqında məlıumat veriblər. Eləcə də işin gedişatındakı problemlərdən bəhs ediblər. Bu xüsusda Dadaş Hüseynov bildirilib ki, elmi müəssisənin rəhbərliyi dissertantlara dəstək verməyə, hər cür köməklik göstərməyə hazırdır.