
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
23 Nov 2020
Diqər xəbərlər
GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTU ELMİ ŞURASININ İCLASI KEÇİRİLİB
23 noyabr 2020-ci il
Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan İnstitutun direktoru akademik Akif Əlizadə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun çaldığı qələbə münasibətilə müəssisə kollektivini təbrik edib, 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsinin tarixi əhəmiyyətindən və bu ərazinin yenidən elmi tədqiqatlara cəlb edilməsinin vacibliyindən bəhs edib. Bu xüsusda GGİ alim və mütəxəssislərin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.
Direktor sonra Elmi şura üzvlərini iclasın gündəliyində duran elmi-təşkilati məsələlərlə tanış edib.
İlk məsələ ilə bağlı söz g.-m.e.d. Abdulvahab Muxtarova verilib. Alim 2020-ci ildə başa çatmış “Azərbaycanın geotermal Atlası və geotermal enerji resursları Kadastrının tərtib edilməsi” mövzusunda elmi-tədqiqat işi üzrə yekun hesabatı təqdim etdikdən sonra bu ətrafda geniş müzakirələr aparılıb və hesabat qəbul edilib.
Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunda bir sıra elmi-tədqiqat işlərinin dayandırılmasına dair 07.11.2019-cu il tarixli əmrin icrası haqqında məlumat verib.
Geologiya və Geofizika İnstitutunun dissertantı Rauf Nadirovun iclas iştirakçılarını dissertasiya işi çərçivəsində 2020-ci ildə əldə edilmiş mühüm elmi nəticə ilə tanışlığı müzakirə şəraitində keçib.
Akademik Fəxrəddin Qədirovun müdafiə tematikası üzrə “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işinin proqramı maraqla qarşılanıb, müzakirələrdə aktual məsələlər səsləndirilib.
Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universitetinin “Seysmologiya və Yer təkinin fizikası” kafedrasının filialının fəaliyyəti haqqında akademik Fəxrəddin Qədirovun məlumatı dinlənilib.
GGİ-də bərpa olunan enerji mənbələri və mineral xammalın tətbiqi texnologiyasının işlənilməsi istiqamətlərində aparılacaq fənlərarası elmi-tədqiqat işləri ilə bağlı İnstitutun direktoru akademik Akif Əlizadənin ətraflı məlumatı dinlənilib. Elmi şuraya təqdim olunmuş proqramlar üzrə tədqiqatçı alimlərin iştirakı ilə müzakirələr aparılıb.
Daha sonra bir sıra cari elmi, təşkilati məsələlərin müakirəsi keçirilib. Həmçinin ölkədə pandemiya fəsadlarının artması ilə bağlı GGİ-də profilaktik tədbirlərin gücləndirilməsinə dair qərar verilib.

