Ana Səhifə / Xəbərlər

Xəbərlər

06 Jan 2021 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNDA MAGİSTRANTLARIN QIŞ İMTAHAN SESSİYASI BAŞLAYIB

 
6 yanvar 2021-ci il

AMEA Geologiya və Geofizika İnstitutunda (GGİ) təhsil alan I və II kurs magistrantların 2020-2021-ci tədris ili üzrə qış imtahan sessiyası başlayıb. GGİ“Geologiya”, “Geologiya mühəndisliyi” və “Geofizika mühəndisliyi” ixtisasları üzrə I və II kursda təhsil alan on magistrant qış imtahan sessiyası ərzində ixtisaslaşma fənləri üzrə sınaqdan keçəcəklər. Sessiyanın ilk günlərində magistrantlar “Yanar faydalı qazıntıların geokimyasına giriş”, “Geostatistika” və ”Mühəndisi geologiya” fənlərindən imtahan veriblər. İmtahanlar AMEA müxbir üzvü Qərib Calalov, g.-m.e.d. Yusif İsrafilov və digər alimlərin iştirakı ilə keçirilib.

Qeyd edək ki, İnstitutun magistrantları sessiya müddətində “Regional stratiqrafiya”, “Sekvens stratiqrafiyası haqqında anlayış”, “Aerokosmik məlumatların rəqəmsal emalı”, “Geoloji-geofiziki məlumatların statistik emalı” və başqa ixtisaslaşma fənlərindən imtahanlar verəcəklər.

Koronavirus epidemiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq imtahanlar distant formatda "Zoom" platforması vasitəsilə təşkil edilmişdir.

2020-ci il dekabrın 30-dan başlayan imtahan sessiyası bu il fevral ayının1-də sona çatacaq.