
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
15 Jan 2021
Diqər xəbərlər
GGİ ƏMƏKDAŞLARI YENİ PÜSKÜRMÜŞ ŞIXZƏRLİ PALÇIQ VULKANINDA TƏDQİQAT APARIBLAR
15 yanvar 2021-ci il
Bu il yanvarın 9-da Azərbaycanın ən çox püskürmüş vulkanlarından hesab edilən Şıxzərlinin növbəti - 26-cı püskürməsi qeydə alınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşlarının məlumatına görə, Qobustan rayonunun Şıxzərli kəndininin girəcəyində yerləşən eyniadlı vulkanın sözügedən püskürməsi alovsuz olmuşdur. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Şıxzərlinin aktivləşmə paroksizmləri ümumilikdə12 dəqiqədən ibarət 3 ayrı-ayrıfazalar üzrə baş vermişdir.
Püskürmə ilə bağlı AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları hadisə yerinə ezam ediliblər. Vulkan sahəsində tədqiqatlar aparan əməkdaşlar Şıxzərli kraterinin şimal hissəsində yerləşən eruptiv mərkəzdən xaric olunan tullantıların 2 ha-dan bir qədər çox sahəni əhatə etməsini müəyyənləşdirmişlər. Brekçiya sahəsində qeydə alınan orta qalınlıq 0,6 m təşkil etmişdir. Ümumilkdə, püskürmələr nəticəsində yer səthinə çıxarılan palçıq kütləsinin həcmi 1300 m3 hesablanmışdır. Təbiət hadisəsi ilə bağlı vulkan sahəsində və qonşu zonalarda müxtəlif ölçülü çatlar formalaşmışdır. Radial yayılma ilə izlənilən belə çatlar üçün şimal-şərqdən cənuba artma tendensiyası müəyyənləşdirilmişdir. Belə ki, Şıxzərlinin aktiv püskürmə sahəsi kimi qiymətləndirilən sözügedən kraterdən cənub-şərq və cənub istiqamətinə (heç vaxt püskürməsi qeydə alınmayan və təcrid olunan digər sopka sahəsinə tərəf) doğru çatların ölçüləri, o cümlədən enləri, uzunluqları və dərinlikləri xeyli dəyişir. Ümumi uzunluqları 120 m-ə çatan iki nisbətən böyük çat diqqəti xüsusilə cəlb edir.
Bundan başqa, vulkanın krater sahəsində püskürmə ilə xaric edilən çoxlu süxur parçalarına, o cümlədən yanar şistlərə və neftli qum daşlarına rast gəlinir.
Şöbə əməkdaşları toplanmış tədqiqat məlumatları və süxur nümunələri ilə bağlı tədqiqatları davam etdirirlər.

