Ana Səhifə / Xəbərlər

Xəbərlər

09 Feb 2021 Diqər xəbərlər Diqər xəbərlər

NEFT VƏ QAZ İNSTİTUTUNDA APARILACAQ TƏDQİQAT İŞLƏRİ MÜZAKİRƏ OLUNUB

 
9 vefral 2021-ci il

AMEA-nın Neft və Qaz İnstitutunun (NQİ) Elmi şurasının onlayn iclası keçirilib.

Tədbiri müəssisənin direktoru, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdəki elmi-təşkilati məsələlər barədə məlumat verib. O, pandemiya dövründə institutun şöbələrinin yerinə yetirdikləri elmi-tədqiqat işləri ilə maraqlanıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Sonra NQİ-nin şöbə müdirləri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Quyu divarının bərkidilməsinin keyfiyyəti və etibarlılığının artırılmasını təmin edən tamponaj məhlullarının tərkibi və texnoloji həllərin təkmilləşdirilməsi”, geologiya-mineralogiya elmləri doktoru Namaz Yusubov isə “Quyu geofiziki tədqiqat nəticələrinin və seysmik məlumatların əsasında Cənubi Xəzər çökəkliyinin çöküntü sisteminin seysmostratiqrafik modelləri” mövzusunda təqdimatla çıxış ediblər. Müzakirələrdən sonra hər iki elmi iş qəbul olunub.

Sonra müəssisənin direktor müavini, professor Vaqif Qurbanov NQİ-də 2021-ci ildə aparılacaq elmi-tədqiqat işlərinin əhatəli planını təqdim edib.

Geniş müzakirələrdən sonra əhatəli plan təsdiqlənib.