Ana Səhifə / Xəbərlər

Xəbərlər

17 Mar 2021 Diqər xəbərlər Diqər xəbərlər

ELMİ SEMİNARDA DİSSERTANTIN MƏRUZƏSİ MARAQLA QARŞILANIB

 
17 mart 2021-ci il

Geologiya və Geofizika İnstitutunun Elmi seminarını giriş sözü ilə açan müəssisənin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov gündəliyə uyğun olaraq stəqdimat üçün sözü gənc dissertant Fuad Əliyevə verib.

F.Əliyev İ.M.Frank adına Neytron Fizikası laboratoriyasında (Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Dubna) ezamiyyətinin nəticəsi kimi “Çöküntü süxurlarında petrogen və səpinti elementlərinin neytron aktivləşməvə rentgen flüoresent analizləri ilə təyini” mövzusunda təqsdimat reallaşdırıb.

Məruzəçi bildirib ki, son zamanlar müxtəlif geoloji məsələlərin həllində, əsasən süxurların element tərkibinin təyinində neytron tədqiqatlar geniş yer alıb. Süxurların element tərkibinin öyrənilməsi onların mənşəyi barədə birmənalı məlumat verir. Bu məqsədlə Böyük Qafqazın cənub-şərq qurtaracağında yerləşən təbii geoloji kəsilişlərdən tədqiqat üçün nümunələr götürülüb. Tədqiq olunan geoloji nümunələrin tərkibində petrogen və mikroelementlərin paylanması neytron aktivləşmə analizi (NAA) üsulunun köməyi ilə öyrənilib.

Tədqiq olunan süxurlarda petrogen və mikroelementlərin konsentrasiyası ilə yanaşı, müvafiq olaraq üst qitə qabığının, postarxey yaşlı Avstraliya şistlərinin və Şimali Amerikanın gilli şistlərinin tərkibindəki elementlərin konsentrasiyası müqayisə olunub. Belə bir müqayisə tədqiq olunan süxurların əmələgəlmə şəraitinin öyrənilməsinə imkan yaradır.

Təqdimatdan sonra mövzu ilə bağlı çoxsaylı suallar cavablandırılıb. Maraqla qarşılanan elmi məruzə ətrafında çıxışlarda gənc alimin tədqiqat işi yüksək qiymətləndirilib və seminarın işində iştirak edən magistrantlara tövsiyələr səsləndirilib.