Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Apr 2021 Diqər xəbərlər Diqər xəbərlər

“NEFT-QAZ PROBLEMLƏRİ VƏ PERSPEKTİVLƏRİ” MÖVZUSUNDA RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLƏCƏK

 
26 aprel 2021-ci il.

Mayın 24-də AMEA-nın Neft və Qaz İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Neft-qaz problemləri və perspektivləri” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçiriləcək.

Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. Konfrans neft və qaz geologiyası, geokimya, geofizika, geodinamika, geoekologiya, hidrogeologiya, quyuqazma texnologiyaları elmi istiqamətlərini əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezislərini mayın 14- dək conference@ogi.az email ünvanına göndərə bilərlər.