
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
AZƏRBAYCAN ÜZRƏ SEYSMİKLİK İNDİKATORLARI HESABLANIB
Beynəlxalq zəlzələ kataloqu üçün klaster analizi əsasında Azərbaycan üzrə seysmiklik indikatorları hesablanıb.
AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin əyani doktorantı, kiçik elmi işçi Tural Babayev şöbə rəhbəri y.e.e.d., dosent Qulam Babayev ilə birlikdə Rusiyanın “Геология и Геофизика Юга России” adlı elmi jurnalında məqalə dərc etdiriblər.
“Clustering analysis of 100-year international seismic catalogue for Azerbaijan” (rus dilində: “Кластерный анализ международного сейсмического каталога по Азербайджану за 100-летний период”) adlı məqalədə 1926-2022-ci illər arasında Azərbaycan üzrə “International Seismological Centre (Beynəlxalq Seysmoloji Mərkəz)” tərəfindən hazırlanmış instrumental seysmiklik kataloqu təhlil edilmişdir. Tədqiqat zəlzələ kataloqunun təhlilinə, kataloqun Azərbaycanda yerləşən tektonik zonalara əsasən klasterləşdirilməsinə və hər bir zonanın seysmikliyini qiymətləndirməyə həsr olunub. Tədqiqatın metodikası kataloqun filtrasiyası, maqnituda vahidlərinin homogenləşdirilməsi, tektonik zonalara uyğun olaraq zəlzlələlərin klasterləşdirilməsi, hər bir klaster üzrə seysmiklik indikatorlarının hesablanması və onlar əsasında seysmikliyin təhlilindən ibarətdir.
“Геология и Геофизика Юга России” elmi jurnalı "SCOPUS" beynəlxalq bazasında indeksləşmiş nüfuzlu nəşrdir. Məqalə jurnalın 2025-ci il, 15-ci cild, 1-ci nömrəsində ingilis dilində dərc olunub.
Maraqlanan oxucular jurnalın rəsmi saytından ictimaiyyətə təqdim olunmuş aşağıdakı elektron versiyadan yararlana bilərlər: