
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“LÖKBATAN” PALÇIQ VULKANININ NÖVBƏTİ PÜSKÜRMƏSİ BAŞ VERİB
Aprel ayının 9-da dünyanın ən çox püskürən palçıq vulkanı “Lökbatan”ın yenidən aktivləşməsi qeydə alınıb. Qaradağ rayonunda yerləşən sözügedən vulkanın sayca 29-cu püskürməsi sonuncu püskürmədən (17.9. 2024-cü il) xeyli zəif olub.
Gecə təxminən saat 4-də başlayan püskürmə üç fazada qeydə alınıb. Püskürmələr vulkanın aktiv şərq və qərb eruptiv mərkəzlərində baş verib. Alovla müşayiət olunmayan və ümumilikdə bir neçə dəqiqə davam edən püskürmə nəticəsində yer səthinə çıxmış palçığın orta qalınlığı 20 sm ətrafındadır.
Hazırda AR ETN Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşlarından baş elmi işçi, yer elmləri üzrə elmlər doktoru, dosent Orxan Abbasov və mühəndis Elmar Səmədov püskürmənin daha təfsilatlı qiymətləndirilməsi ilə bağlı hadisə yerində araşdırmalar aparırlar.