Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Jun 2023 İclaslar İclaslar

GEOLOGİYA VƏ GEOFİZİKA İNSTİTUTUNUN ELMİ ŞURASINDA MÜXTƏLİF MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi şurasının iclası keçirilib. İclasın işində AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev iştirak edib.

İnstitutun baş direktoru akademik Akif Əıizadə giriş nitqində Geologiya və Geofizika İnstitutunun akkreditasiyası ilə bağlı Ali Attestasiya Komissiyasının tövsiyələri və onun icrası haqqında müfəssəl danışıb.

A.Əlizadə həmçinin geologiya və geofizika sahələrində  elmlər və fəlsəfə doktorlarının hazırlanması  proqramları üzrə prioritet tədqiqat istiqamətləri və aktual mövzuları əsas götürməyi alimlərə ciddi tövsiyə edib.

GGİ-nin Massaçusets Texnologiyalar İnstitutu və İtaliya Milli Tədqiqatlar Şurası ilə birgə apardığı elmi tədqiqatlar haqqında akademik Fəxrəddin Qədirov  məruzə edib. Alim bildirib ki, xarici elmi-tədqiqat institutları ilə əməkdaşlıq 1998-ci ldən davam edir. GGİ 1998-2022-ci illər üzrə GPS şəbəkəsindən əldə olunan ölçü məlumatlarının yeni - Beynəlxalq Yer İstinad Hesablama Sistemində İGS2020 və İTRF2020 emalı və yer qabığı hərəkət sürətlərinin qiymətləndirilməsini, yer qabığı hərəkət sürətləri  əsasında  Qafqazın yeni blok modellərinin tərtib olunmasını, həmçinin Qafqaz ərazisində deformasiyaların paylanması və gərginliyin  sürətlə toplanma zonalarının təyini məsələlərini reallaşdırıb.

Müsabiqə komissiyasının sədri akademik Əkpər Feyzullayev Geologiya və Geofizika İnstitutunda ştatda vakant olan vəzifələri tutmaq üçün elan olunmuş müsabiqənin yekunları haqqında, y.e.f.d. Səadət Ələkbərova magistr dissertasiya işlərinin müdafiəsinin nəticələri barədə məlumat verib.

Elmi şuranın iclası  g.-m.e.d. Muxtar Rüstəmovun “Naxçıvan MR-ın geologiyası, geodinamikası, maqmatizmi və metallogeniyası. I cild. Vulkan-tektonik strukturların formalaşması və kaldera əmələgəlmənin geotektonik və maqmatik modeli” adlı monoqrafiyasının nəşrə tövsiyə edilməsi haqqında yekdil qərarla sona çatıb. 

next
next