Ana Səhifə / Xəbərlər

Xəbərlər

27 Apr 2023 İclaslar İclaslar

GGİ GƏNC ALİMİNİN MÜALİCƏVİ NAFTALAN NEFTİ HAQQINDA TƏQDİMATI KEÇİRİLİB

Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası elmi seminarının növbəti məşğələsi keçirilib. Tədbirdə İnstitutun baş direktoru akademik Akif Əlizadə və icraçı direktor AMEA-nın müxbir üzvü Dadaş Hüseynov iştirak ediblər.


Seminarı giriş sözü ilə açan İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Zöhrab Əliyev təqdimat üçün sözü doktorant Samir Zeynalova verib.


AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun və  fizika-riyaziyyat elmləri doktoru Qalina Martınovanın elmi rəhbər olduqları S.Zeynalov “Müalicəvi Naftalan neftinin müasir üsullarla tədqiqinin nəticələri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi unikal Naftalan nefti haqqında əvvəl ümumi məlumat verib, sonra Naftalan yatağından alınmış üç fərqli xüsusiyyətli neftin müasir cihazlar vasitəsilə müqayisəli analizlərinin nəticələrini təqdim edib. Bildirib ki, Naftalan strukturu Arpa-Samur qırılma zonası daxilində yerləşir. Bu zona Paleozoydan indiyədək bütün dövrlərdə tektonik hərəkətlərin aktiv təzahürü zonası, maqmatik ərimələrin, filizli məhlulların və seysmikliyin keçiricisi olmuşdur.


Naftalan yatağında Maykop çöküntülərində keyfiyyətcə fərqli iki növ neftin olması faktı: müalicəvi ağır neft – üst Maykopun üst horizontlarında (I, mergel və II horizontlarda) və yüngül yanacaq nefti-üst Maykopun və alt Maykopun alt horizontlarında mövcud olduğunu isə  Aərbaycanın  geoloq alimləri də vaxtında sübut ediblr.


Gənc doktorantın təqdimatda səsləndirilən elmi mülahizələr iştirakçıların marağına səbəb olub. Həmçinin çoxsaylı suallara aydınlıq gətirilib, mövzu üzrə çıxışlar olub.


Akademik Akif Əlizadə çıxışında İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi  elmi seminarların ənənə xarakteri almasını təqdirə layiq olduğunu bildirib və bu tədbirlərin təkmilləşdiməklə davamlı olmasını tövsiyə edib.

 

 

 

 

 

GGİ GƏNC ALİMİNİN MÜALİCƏVİ NAFTALAN NEFTİ HAQQINDA TƏQDİMATI KEÇİRİLİB
GGİ GƏNC ALİMİNİN MÜALİCƏVİ NAFTALAN NEFTİ HAQQINDA TƏQDİMATI KEÇİRİLİB
GGİ GƏNC ALİMİNİN MÜALİCƏVİ NAFTALAN NEFTİ HAQQINDA TƏQDİMATI KEÇİRİLİB
GGİ GƏNC ALİMİNİN MÜALİCƏVİ NAFTALAN NEFTİ HAQQINDA TƏQDİMATI KEÇİRİLİB
next
next