Ana Səhifə / Xəbərlər

Xəbərlər

23 Jun 2012 Diqər xəbərlər Diqər xəbərlər

Çökmə hövzələrinin flüid dinamikası şöbəsi


Şöbənin rəhbəri: Feyzullayev Əkbər Ə., AMEA müxbir üzvü.

Elmi-tədqiqat sahələri:
 -üzvi maddənin, neftin və qazın geolo­gi­yası və geokimyası;
- palçıq vulkanizmi;
- çökmə hövzələrinin flüid dinamikası;
- hövzə modelləşdirilməsi;
- neftin və qazın geoloji-geokimyəvi ax­tarış meyarlarının işlənilməsi;
- geoekologiya.

Şöbənin əsas elmi nəticələri:                                                

Cənubi Xəzər hövzəsinin (CXH) neft sistemlərinin öyrənilməsində:

Cənubi Xəzər hövzəsində (CXH) quyu kernləri və yer üzərində təbii çıxışlardan gö­türülmüş süxurların üzvi maddəsinin (ÜM) və eləcə də karbohidrogen flüidlərinin böyük həcmdə kompleks müasir tədqiqatları (sü­xur­ların pirolizi, mass-spektrometrik və xro­ma­tomass-spektrometrik analizlər, vitrini­tin əkset­dirmə qabiliyyəti və s.), süxur-süxur, neft-sü­xur və neft-neft korrelyasiyası həyata keçiril­mişdir və bunların nəticəsində:


Müəyyən edilmişdir ki, CXH-nin inkişaf tarixi və müasir geoloji mövqeyi, burada bu günə kimi baş verən tektonik hərəkətlər, aktiv konvektiv flüid axınları və faza keçidləri onun çökmə qatının flüid-süxur sisteminin qeyri-sabitliyinə gətirib çıxarır. Bununla əla­qədar olaraq, CXH ümümilikdə qeyri-ta­raz, meta­stabil hövzə kimi qiymətlən­diril­mişdir ki, bu da modelləşdirmədə və kar­bohidrogen (KH) yığım­larının axtarışın­da yeni yanaş­maların isti­fadəsinin zəruri olduğunu əsas­landırır.


Tədqiq olunan maykop süxurlarının bəzi təbii çıxışlarında (Xilmilli, Gozluçay, Anqe­xa­ran) ÜM-in karbonunun izotop tərki­binin (KİT) və başqa geokimyəvi para­metr­lərin qiymət­lərinin geniş diapa­zonda və  müəy­yən dövri­liklə (təxminən 1,2 mln il dövr­lə) dəyişməsi aşkar edil­mişdir və bu da onların maykop paleo­hövzəsinin sahil xətlə­­rinin nisbi yaxınlı­ğında olması ilə izah olunur. Bunun nə­ticəsi kimi ÜM qarışıq kontinental-dəniz tiplidir.

Neogen və paleogen-mezozoy çökün­tü­lərinin tərkibində olan ÜM-in KİT-yə görə açıq-aydın fərqlənməsi aşkar edilmişdir. Neo­­­gen çökün­tülərinin ÜM-i paleogen-mezozoy çö­kün­tüləri ilə müqayisədə nisbə­tən ağır KİT ilə xa­rak­terizə olunur; analoji mənzərə CXH-nin müxtəlif yaşlı rezervuar neftlərinin KİT-nin dəyişməsində də müşa­hidə olunur. Bu fakt dunyanın başqa hövzə­lərində də rast gəlin­diyinə görə onun qlobal xarakter daşıdığını göstərir. 

Böyük Qafqazın və Talışın oliqo­sen gil­lərinin ÜM-nin kəmiyyət və key­fiyyət xas­­sə­lərinə, onun yetkinliyinə, in­teq­ral radio­aktiv­liyinin dərəcəsinə və radioaktiv elementlərin spektral tərkibinə görə fərqli olduğu müəy­yən edil­mişdir. Buna əsaslanaraq Talışətəyi çökmə zona­sının və ona bitişik Xəzər akva­to­riya­sının aşağı perspektivliyi haqqında nə­ticəyə gəlin­mişdir.


CXH-nin dərinə batmış hissəsinə doğru neogen süxurlarının neftin əmələgəlmə pro­sesində rolunun artması aşkar edilmişdir. Ey­ni zamanda, may­kop çöküntüləri hövzənin bu hissəsində əsasən yüngül neft-kondensat və qaz əmələ gətirərək burada qaz-kon­densat-neft və qaz-kondensat yataqlarının (Cə­nub, Bahar, Bulla-dəniz, Şahdəniz, Ümid, Abşe­ron) formalaşmasına səbəb ol­muşdur.


CXH-də KH-nin geniş dərinlik inter­valında (neftlərin 5-9 km, qazların 7-15 km) generasiyası müəyyən edilmişdir. KH qazları biokimyəvi və termokatalitik metanın qarı­sığından ibarətdir.


CXH MQ-də yataqların əmələ gəl­mə­sində neftin ilkin və törəmə miqrasiyasının mexanizmi araşdırılmış, yataqların formalaş­masının subvertikal miqrasiyanın iki əsas fa­zası nəticəsində baş verməsi sübuta yeti­rilmiş və ilk dəfə neftin və qazın subver­tikal miqrasi­yasının məsafəsi kəmiyyətcə qiymət­lən­­diril­mişdir (müvafiq olaraq 3-4 km və 7-8 km).

Hövzənin çökmə qatında anomal təz­yiqlərin yayılması, mənşəyi və proqnozu isti­qamətində geniş tədqiqatlar aparılmış və yeni elmi nəticələr alınmışdır.

Günəşli yatağının timsalında hövzənin strukturlarını KH ilə qidalandıran subvertikal migrasiya ocaqlarının mövcüdluğu aşkar olunmuş və MQ-də neftlərin epigenetik mən­şəyi təsdiq edilmişdir.


Hövzə təhlilinin və burada baş verən neft və qazın əmələgəlmə proseslərinin, miq­­ra­siyasının, onların yığımlarının forma­laş­ması və saxlanılmasının, eləcə də ano­mal flüid təz­yiqlərinin dəyişmə qanunauy­ğun­luğuna əsas­lanaraq CXH-nin məkan qeyri-bircinsliliyi sü­buta yetirilmişdir.


CXH-də neft və qaz yataqlarının forma­laşmasının və fəzada paylanmasının sub­duk­siya geodinamik modelinin mümkün­lüyü sübu­t edilmişdir.


Böyük dərinliklərdə KH-nin faza vəziy­­yətinin və neft-qazlılığının proq­nozu verilmiş, onların geokimyəvi və geofiziki metodlar ilə diaqnostika imkan­larına baxılmışdır.

Po çayının hövzəsi (İtaliya) və CXH-nin neft sistemləri və palçıq vul­kanizminin müqa­yisəli təhlili əsasın­da onların ümumi və fərqli xüsusiyyətləri və mənşəyi aşkar edilmişdir. 

Palçıq vulkanizmi (PV) probleminin həl­lin­­də də dəyərli nəticələr alınmışdır:

KH yataqları və PV-nin çökmə qatda vahid bir neft-qaz əmələgəlmə prose­sinin törə­mələri olması göstərilmişdir.


PV fəaliyyətinin maye, bərk və qaz ha­lında olan məhsullarının dərinliyi qiymətlən­dirilmişdir.


PV və yataqlarda CO2-nın karbo­nunun çox ağır KİT-nin (>5‰) mənşəyi müəyyən edilmişdir və bu da neftlərin 2000 m-dən artıq olmayan dərinliklərdə baş verən tö­rə­mə biokimyəvi çevrilmə prosesləri ilə izah olu­nur.


PV qazlarında 20-dən artıq KH-nin tsiklik komponentləri müəyyən edilmişdir ki, bunlar da KH-nin 120-150°C-yə ya­xın tem­pe­raturda generasiya olunma­sının əla­məti hesab olunur.


İlk tədqiqatlar nəticəsində PV ka­nalında baş verən mikrobioloji pro­seslər və mikrob qrupları haqqında ilk təsəv­vürlər yaranmış­dır.


İlk dəfə olaraq, berilliumun kos­mogen izotopları (Be9 и Be10) əsasında Daşgil PV-də brekçiyanın yaşının təxmi­nən 4 mln il olduğu müəyyənləş­diril­mişdir. 

Geoekologiya sahəsində:

Abşeron yarımadasının timsalında neft-qaz yataqlarının uzun müddət işlə­nilməsi nəti­cəsində yer səthinin çökmə­si, sulaşması və törəmə zəlzələlərin əmə­lə gəlməsi məsə­lə­ləri araşdırılmış­dır.

PV-dən ayrılan metanın ümumi axı­nı müəyyən olunmuş və iqlimin qlo­bal də­yiş­mə­lərində onun rolu qiymətlən­dirilmişdir.

Şöbə əməkdaşları radon qazının Azər­baycanda yayılma­sının öyrənilməsində və insan sağlamlığına təhlükəli olan zonaların müəy­yən edilməsin­də istirak etmişlər.

Beynəlxalq əməkdaşliq:

1993-cü ildən şöbə əməkdaşları AMEA Geologiya və Geofizika İnstitutu­nun xarici şirkətlər və beynəlxalq elmi mərkəzlər ilə əmək­daşlığı çərçivəsində Cənubi Xəzər neftli-qazlı əyalətinin və ona bitişik ərazilərin neft-qaz geologi­yası və geokimyasının müx­təlif problem­lərinin öyrənilməsində aktiv işti­rak et­miş­­lər. Bu sıraya Amerikanın Amo­co, Ex­xon, Shevron, First Exchange, APTI, ARCO şirkətləri, Yuta və Cənubi Karolina Univer­sitetləri; Avropanın BP, Robertson, Geochem Group, Colin Jones LTD, Lasmo-Monument, Ame­rada Hess (Böyük Brita­niya); Beicip Franlab (Fransa); Statoil (Norveç); Wintershall və RWE (Almaniya); OMV (Avstriya); Mar­mara Research Center (Türkiyə), Lukoil, Rosneft (Rusiya) və Аsiyanın JNOC (Yapo­niya) şirkətlərini daxil etmək olar.

Qrant layihələrində iştirak:

Şöbənin əməkdaşları müxtəlif ölkələrdən olan həmkarları ilə birgə 13 beynəlxalq və respublika qrant proqramlarının yerinə yeti­ril­­məsində iştirak etmişlər. Cariplo Founda­tion (İtaliya) layihəsi çərçivəsində şö­bənin rəh­bəri Ə.Ə.Feyzullayev 3 ay ər­zin­də iki dəfə İtaliyada elmi məzuniyyət­də olmuşdur: Pavia və Floren­siya uni­ver­sitetlərində; Ə.Ə.Fey­zullayev eləcə də Oklahoma (ABŞ), Bolonya (İtaliya) univer­si­tetlərinə və Pots­dam GFZ (Al­ma­­niya) elmi mərkəzinə dəvət olunmuş və burada elmi məruzələrlə çıxış et­mişdir.

Kadr hazirliği:

Son 20 il ərzində şöbədə 10 nami­zədlik dis­­sertasiyası hazırlanıb müdafiə edilmişdir. Şö­bənin rəhbəri (Ə.Ə.Feyzul­layev) Geo­lo­gi­ya və Geofizika İnstitu­tunun nəzdin­də yara­dılmış ADNA (indi ADNSU) baza kafedra­sı­nın pro­fessoru olaraq magis­trant­lar hazır­la­yır.

Nəşrlər:

Yalnız 2003-2013-cü illər ərzində şö­­­bə­­nin əməkdaşları tərəfindən 155 el­mi əsər (monoqrafiya, məqalə, kitab­ça, dərs vəsaiti, tezislər) dərc edilmişdir ki, bunlardan 96-sı xa­rici nəşrlərin pa­yına dü­şür; şöbənin əmək­daşları dəfə­lərlə el­mi məruzələrlə beynəlxalq və respub­lika forumlarında iştirak etmişlər.