
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
17 Mar 2011
Diqər xəbərlər
Cənubi-Xəzər Hövzəsində aşağı pliosen (məhsuldar qat) çöküntülərinin lay sularının hidrokimyəvi atlası
I. Layihənin elmi əsaslandırılması
Məlumdur ki, Cənubi-Xəzər Hövzəsinin əsas neft-qaz çöküntüləri məhsuldar qata (MQ) məxsusdur. Bununla əlaqədar olaraq məhsuldar qatın çöküntülərinin kompleks şəklində tədqiqi mühüm elmi və təcrübi əhəmiyyət daşıyır. AMEA Geologiya İnstitutunun “Neft yataqlarının hidrogeologiyası və hidrokimyası” laboratoriyası əməkdaşları bu problemin həllində çox böyük əmək sərf etmişdilər. Burada 40 ilə yaxındır ki, lay sularının və regionların hidrokimyəvi kriterilərinin dərinliklərin və karbohidrogen neft-qaz potensialının qiymətləndirilməsinin elmi-metodik tədqiqatların bünövrəsi işlənilir. Elmi-tədqiqat institutlarında və Azərbaycan Respublikasının Dövlət neft Kompaniyasının mərkəzləşdirilmiş elmi-tədqiqat laboratoriyalarında da çoxsaylı hidrokimyəvi tədqiqatlar aparılmışdır.
II. Məqsəd. Məsələlər. İnformasiya-metodiki təminat.
Cənub Xəzər çökəkliyinin (CXÇ) aşağı pliosen məhsuldar qatının (MQ) çöküntülərinin lay sularının hidrokimyəvi xəritəsinin əsası AMEA-ın Geologiya İnstitutu və SOCAR-da aparılan 8233 lay sularının hidrokimyəvi analizindən və onların tərkibində J və Br miqdarını göstərən 1342 analizlərin saylarının xüsusiyyətindən və sistemləşdirilməsindən asılıdır. Tədqiqatlar CXÇ-in bütün 42 yataqlarında, (NQR) və neft-qaz regionunun 9 yatağı daxil olmaqla aparılıb.Tədqiqatlar CXÇ-in bütün 42 yatağında, Abşeron yarımadasının neft-qaz regionunun (NQR) 9 yatağıda (Binəqədi, Bibi-Heybət, Qala, Buzovna-Maştağa, Lökbatan –Puta, Quşxana, Suraxanı, Balaxanı-Sabunçu-Ramanı, Qaraçuxur, Zirə); Abşeron arxipelaqının 9 NQR-da (Gürgan-dəniz, Darvin Küpəsi, Pirallahı, Cənub, Neft Daşları, Günəşli, Bahar, Çilov adası, Byandovan) və Aşağıkür NQR-da (Neftçala, Babazənan, Qalmaz, Mişovdağ, Kürovdağ, Kürsəngə, Qarabağlı, Xılı, Durovdağ, B.Hərami, Pirsaat) tədqiqatlar aparılmışdırlar.
III. Atlasın strukturu
Atlas müxtəlif illərdə ayrı-ayrı təşkilatlar tərəfindən aparılan MQ-ın lay sularının hidrokimyəvi tədqiqatlarının qrafiki variantıdır.
Atlas NQR və CXÇ-ki əsas hidrokimyəvi parametrlərinin mühitdəki dəyişkənliyinin keyfiyyətli və kəmiyyətli xüsusiyyətlərini göstərir. Atlasda qrafiki şəkildə lay sularında kationların (Na+K+ , Ca+, Mg++), anionların (Cl-, SO4--, CO3-, HCO3-), naften turşularının miqdarının dəyişməsi, ümumi minerallaşmanın göstəriciləri təqdim edilmişdir. Bundan əlavə B.A.Sulunun əmsalı əsasında (suların metomorfoziyası əmsalı) bəzi yataqların müxtəlif intervalı kəsilişində lay sularının genetik növləri təyin edilmişdir ki, bu da öz növbəsində struktur bazada hidrokimyəvi xəritə kimi təqdim olunub ( MQ-ın yuxarı hissəsində).
MQ kəsilişində lay sularındakı mikro elementlər (J və Br) qistoqramma şəklində təqdim olunur.
Alt və üst MQ hidrokimyəvi regional xəritəsi 9 hidrokimyəvi parametrləri (Na+K+, Ca++, Mg++,Cl-, HCO3-, CO3--, SO4--, Σ (a+k, Na/Cl/ həçinin atlasa daxil edilib). Atlas MQ-ın CXÇ-də hidrokimyəvi tədqiqatların nəticələrinin birinci qrafik xüsusiyyətidir, geoloq və hidrogeoloqların müxtəlif elmi və təcrübəvi problemlərinin həlli üçün olduqca rahatdır.
Atlas, A3 rəngli formatda tərtib olunub.
Cədvəl 1. Azərbaycanın öyrənilmiş regionları
Bölmə | Neftli-qazlı reqion |
I. | Abşeron arxipelaqı |
II. | Abşeron yarımadası |
III. | Bakı arxipelaqı |
IV. | Aşağı-Kür çökəkliyi |
Cədvəl 2. Azərbaycanın NQR-ın stratiqrafik intervalı
OQB | Intervallar |
Abşeron arxipelaqı | |
Gürgan dəniz, Darvin küpəsi, Pirallahı, Günəşli, Çilov adası, Neft Daşları, Cənub, Bahar, Gün-dəniz | |
Abşeron yarımadası | |
Quşxana, Lökbatan-Puta, Binəqədi, Bibi-Heybət, Qala, Buzovna, Maştağa, Suraxanı, Balaxanı-Sabunçu-Ramanı, Qaraçuxur, Zirə | |
Bakı arxipelaqı | |
Kənizədağ, Sanqaçal-dəniz, Duvannı-dəniz, Xara-Zirə dəniz, Akət-dəniz, Daşgil, Bandovan | |
Aşağıkür çökəkliyi | |
Neftçala, Babazənan, Qalmaz, Mişovdağ, Gürovdağ, Gürsənqə, Qarabağlı, Xilə, Durovdağ, B.Hərami, Pirsaat |
IV. Müəlliflər qrupu
Atlas AMEA-nın Geologiya İnstitutu tərəfindən tərtib olunub.
Redaksiya kollegiyası
Baş redaktor: akdemik Əli-zadə Ak.A.
Redaktor, işin rəhbəri: akdemik Quliyev İ.S.
Baş redaktor müavini,işi yerinə yetirən: AMEA-nın müxbir üzvi Feyzullayev A.A.
Cədvəl 3. Tədqiqatçılar
A.A.Feyzullayev | Layihənin konsepsiyası; tədqiqatın koordinasiyası |
R.A.Qurbanova | Tədqiqatın koordinasiyası, Hidrokimyəvi hissə, 1-ci cədvəldə təqdim olunan Azərbaycanın NQR-ın ümumi göstəricilərinin xüsusiyyəti və interpretasiyası |
S.A.Abbasova | Göstəricilərin işlənilməsi, yığılması, kompüter dizaynı |
Z.Ş.Hüseynova | Göstəricilərin işlənilməsi, yığılması |
A.N.Babazadə | Göstəricilərin işlənilməsi, yığılması, kompüter dizaynı |
A.R.Həmidova | Göstəricilərin işlənilməsi, yığılması, kompüter dizaynı |
V. Layihənin yerinə yetirilmə müddəti:
- Başlanğıc: fevral 2007-ci il
- Son: noyabr 2007-ci il
Daha dolğun məlumat üçün müraciət edin:
Professor Ibrahim S.Quliyev
H.Cavid pr., 29A, AZ1143 Bakı, Azərbaycan
Telefon: (99412) 4395619; 4975284
Faks: (99412) 4975285; 4975283
E-mail: akperf@yahoo.com; vibrahimov@gia.az