Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Mar 2011 Diqər xəbərlər Diqər xəbərlər

Azərbaycanın məhsuldar qatının rezervuarlarının atlası (2000)


  • İcraçı: AMEA Geologiya İnstitutu.
  • Nəşr olunduğu il: 2000
  • Tom: 1



İZAHAT VƏRƏQİ


Regionlar üzrə paylanan aşağı Pliosenin məhsuldar qatı (MQ) Azərbaycanın əsas neftqaz yatağıdır. Azərbaycanda çıxan neftin 95%-dən çoxu bu yatağın payına düşür ki, bu da əlverişli rezervuarların mövcudluğunun göstəricisidir. Elmi işçilər MQ qazılan quyuların aktiv zonalarında çoxlu sayda litoloji-mineraloji tədqiqatlar aparıblar.Geologiya İnstitutu Xarici neft kompaniyalar ilə birlikdə bir sıra yüksək keyfiyyətli şlifləri və bəzi çöküntü süxur tiplərinin litoloji petroqrafik xüsusiyyətlərini tədqiq edib. Eyni zamanda rentgennodifraktometdə və elektrik mikroskopunda çoxlu sayda tədqiqatlar aparıblar (gilli mineralların təyini). Bu MQ rezervuarının keyfiyyəti haqqında və onun məkanda xüsusiyyətinin dəyişkənliyi haqqında bizim biliklərimizin kifayət qədər artmasına imkan yaradır.