
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
05 Apr 2011
Diqər xəbərlər
Analitik cihaz və avadanlıqlardan kollektiv istifadə mərkəzi
Rəhbər: Sadıqov Nazim M.
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda yaranmış sertifikatlı ARSMRD analitik mərkəzdə Almaniyadan, Rusiyadan, Çexiyadan, Macarıstandan, Fransadan alınmış fiziki və fiziki-kimyəvi cihazlardan istifadə edilərək aşağıdakı bölmələr yaradılmışdır.
- Çoxkanallı rentgenspektrometrlər (spektrometriya, rentgenspektral analiz)
- Rentgenfaza Müxtəlif markalı Rentgendifraktometrlər və termiki analiz (Rentgenofaza və derivatoqraf)
- Atom-absorbsiya və alovlu fotometriya
- Mikrozond (Elektron-Mikrozond “CAMEKA-MS”)
- Skaynerli Elektron-Mikroskop “TESBA” (optiki mikroskopiya)
- Fotometriya, qravimetriya (analitik kimya)
- Portativ qamma-spektrometr Ln Spektor-100 ABŞ (radiometrik tədqiqatlar)
- Radiometrlər SPK-68 və SPK-88 rusiya (radiometrik tədqiqatlar)
- Stasionar qamma-spektrometrik avadanlıqlar SAR 1-2 Rusiya (radiometrik tədqiqatlar)
İxtisaslaşdırılmış mütəxəssislər tərəfindən xammalın, süxurların, filizlərin, metalların və ərintilərin, torpağın, dərinlik çöküntülərinin, sementin, şüşənin, təbii və süni daşların, eyni zamanda bütün duru və bərk maddələrin, içməli və texniki suların kimyəvi və mineroloji analizləri aparılır.
Göstərilən üsullar ilə aparılan elmi tədqiqatlar nəticəsində mühüm ekoloji problemlər həll olunur:
- İnsanlar, bitkilər və heyvanlar üçün Yerin kimyəvi tərkibinin (mikroelementlər daxil olmaqla), mineral xammalın qanunauyğun bölüşdürülməsinin öyrənilməsi.
- Kənd təssərrüfatı və dağ-mədən sənayesi tullantılarının kimyəvi və faza tərkibinin təyini.
- Ətraf Mühitin müdafiəsi, metal və ərintilərin anomal yığıntısının bölüşdürülməsi.
Analitik mərkəzdə mineral qazıntıların (filiz yataqlarının və s.), mikroelementlər daxil olmaqla torpağın tərkibinin, bitkilər və qalıqlar üçün faydalı və zərərli elementlərin təyini, neft sənaye tullantılarının kimyəvi tərkibinin təyini üzrə tədqiqatlar aparılır.
Mərkəzdə, qeyd olunan analiz üsullarından istifadə edərək, mineral xammalların, süxurların, filizlərin, metal və ərintilərin, torpağın, dib çöküntülərin, sementin, şüşənin, təbii və süni qiymətli bəzək daşlarının, eyni zamanda istənilən qeyri-üzvi (bərk və maye) maddələrin, içməli və texniki suların kimyəvi, bərk maddələrin faza tərkiblərini analiz edirlər.
Yeni istehsal açan iş adamlarının tələblərinə uyğun olaraq hər növ qeyri-filiz yataqları (divar və inşaat daşları, keramik məmulatlar istehsalına yararlı gillər, yüngül doldurucular xammalı, üzlük daşlar, alternativ enerji mənbələri – bitumlu qum və yanar şistlər və s.) haqda xüsusi qruplarda geoloji xidmət üzrə konsultasiyalar, həmçinin bir sıra işlər keçirilir:
geotexniki; mikrofaunanın təyini; metoloji analiz; mineralların monofraksiyalara bölünməsi; süxurların ekstrasiyası, radionuklid tərkibinin təyini və dağ süxurlarının, torpağın, suyun, havanın inteqral radioaktivizasiyası; iri yaşayış məntəqələrinin radiasiya fonunun qiymətləndirilməsi; yerli radioaktiv çirklənmənin təyini; urbanizə olunmuş yerlərin radon potensialının öyrənilməsi; təbii radioaktiv xətlərin öyrənilməsi; tikinti materiallarının, yeyinti məhsullarının, dərmanların radionuklidlər ilə çirklənməsi; tektonik pozuntuların işlənməsi, müasir aktivizasiyası; palçıq vulkanlarının radioaktivliyinin öyrənilməsi və monitorinq sisteminin yaradılması; seysmik mikrorayonlaşdırma zamanı radiometrik tədqiqatlar; radon bölüşdürülməsi zamanı zəlzələlərin proqnozlaşdırılması; radon bölüşdürülməsinə əsasən zəlzələlərin episentral təyini zamanı radiometrik tədqiqatı; müxtəlif faydalı qazıntılar zamanı radiometrik tədqiqatlar.