
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
13 Apr 2011
Diqər xəbərlər
Eldar gec sarmat hipparion faunasi
Bu tapıntı ilk dəfə 1913-cü ilin mayında geoloq B.S.Dombrovski tərəfindən neftin tədqiqi zamanı aşkar edilmişdir. 1913-1914-cü illərdə bu ərazidə Geologiya Muzeyi tərəfindən ilk axtarışlar aparılmışdır.
1938-ci ildə Gürcüstan Dövlət Muzeyinin geologiya şö’bəsi Ukrayna Elmlər Akademiyası Zoologiya İnstitutu ilə birlikdə bu ərazidə qazıntı işləri aparmışlar. 1951-ci ilin noyabr ayından başlayaraq burada tədqiqat aparmaq üçün H.Zərdabi adına Təbiət tarixi muzeyi tərəfindən N.İ.Burçak-Abramoviçin başçılığı ilə paleontoloji ekspedisiya təşkil edil (hipparion, aserateriya-buynuzsuz kərgədan, kiçik antilop, traqoseros, donuz, axtiariya-zürafə, və s.) tapılmışdır. Toplanan Eldar hipparion fauna qalıqları bir neçə elmi mərkəzdə qorunub saxlanılır:
1) Moskva, REA Paleontologiya İnstitutu-zəngin kolleksiya;
2) Tiflis, Gürcüstan Dövlət Muzeyinin geologiya şö’bəsi - 1938-ci il tapıntı materialları;
3) Kiyev, UEA Zoologiya institutu - 1938-ci il tapıntı materialları;
4) Bakı, AEA H.Zərdabi adına Təbiət tarixi muzeyi - 1927-1951-ci illər kolleksiyası.
1916-ci ildə B.S.Dombrovski ilk dəfə Eldar gec Sarmat faunasının siyahısını tərtib etdi. Siyahıda bir sıra heyvanların - yırtıcılar, hipparion, traqoseros, kərgədan, dinoteriya, mastodont, zürafə və b. adları qeyd olunmuşdur. Dəfələrlə axtarışlar nəticəsində Eldar faunası haqqında zəngin material əldə olundu, lakin bunların bə’zilərinin üzərində hələ də işləmək lazımdır. 1927-ci ildə V.V.Boqaçev Eldar kaftarının (Hyana eldarica Bog.), aserateriyanın (Aceratherium transcaucasicum Bog.) və traqoserosun (Tragoceras aff. Leskeviczi Boris.) təsvirini vermişdir. 1938-ci ildə Eldar faunasının siyahısı İ.Q.Pidopliçko tərəfindən tərtib edilmişdir. Siyahıda 1938-ci il tapıntıları qeyd olunmuşdur: zürafə-axtiariya (Achtiaria borissiakii Alex.), ceyran (Gazella deperdita Schloss) 2 növ traqoseros (Tragoseros), donuz (Sus erymanthius Caudry), xalikoteriya (Chalicotherium), kərgədan (Acetatherium incisivum Kaup.), dinoteriya (Dinotherium giganteum Kaup.), uzunsifət mastodont (Mastodon longirostris Kaup.), hipparion (Hipparion gracile Kaup.), kaftar (Hyaena aff. Eximia Roth et Wag., Hyaena eldarica Bog.), suiti (Phoca sp.), 2 növ kit (Cetacea), zürafə (axtiariyadan iri forma).
Siyahıda qeyd olunanlardan əlavə, ədəbiyyatda Eldar faunasında meymun kəlləsinin və dəvəquşu sümüklərinin tapıldığı da qeyd olunur. Lakin bu tapıntı 1918-ci ildə Eldar düzənliyində aparılan qazıntılar zamanı məhv olunduğundan sübut olunmamışdır. Meymun sümüklərinin Eldar Gec Sarmat qalıqları arasında olduğunu, eyni zamanda, Q.F.Debets 1952-ci ildə qeyd etmişdir. Eldar faunasında timsah qalıqlarının olduğu ilk mə’lumatlarda qeyd olunur, lakin bu həqiqətə uyğun deyil. 1938-ci ildə aparılan qazıntı işləri zamanı çöküntülərin içərisində dəniz mollüska tipinin qabıqları və dəniz məməlilərinin u1089 sümükləri də tapılmışdır. Eldar düzənliyində aşkar olunan faunanın məhv olması haqqında alimlər bə’zi mülahizələr irəli sürmüşlər. K.S.Adrianov və N.İ.Larin hesab edirlər ki, heyvanların məhv olmasına səbəb düzənlikdə baş vermiş yanğın, zəlzələ, sel və daşqınlar ola bilər. Müəlliflərin fikrincə, ən əsas səbəb düzənlikdə baş vermiş yanğın ola bilər. Yanğın zamanı təşvişə düşmüş heyvanlar xilas olmaq üçün sahildən suya girmiş və orada məhv olmuşlar. Məhv olmuş heyvanların sümükləri bir yerdə qalmamış və suyun axını ilə bir yerdən digər yerə aparılmışdır. Bəziləri də qumlu-gilli təbəqələr içərisində qalmışlar.
Düzənliyin qərb hissəsində quruda və şərq hissəsində isə dənizdə yaşayan məməlilərin qalıqları tapılmışdır. Sümüklərin əksəriyyəti bütövlüyünü itirmişdir, lakin bə’zi skelet sümükləri bütöv şəkildə saxlanılmışdır. Eldar hipparion faunası hələ yaxşı öyrənilməmişdir. Əldə olunan son mə’lumatlara görə, Eldar hipparion faunasına aşağıdakı növlər daxildir: Hyaena eldarica Bog., Phoca sp., Delphinus sp., Cetotherium sp., Mastodon pentelici Gaud., M. Longirostris Kaup., Dinotherium gigantheum Kaup., Halicotherium sp., Hipparion aff. Gracile Kaup., Dicerharhinus aff. Orientalis Schloss., Aceratheruem transcaucasicum Bog., Microstonyx erymanthis (Roth Roth. Et Wag.), Achtiaria Borissiakii Alex., Camelopardales ap., Tragoceros aff. Leskevitsche Briss., T. Aff. Valenciennesi Gaud., Gazella sp., Gazella sp., gəmiricinin dişi, dəvəquşu, meymun kəlləsi və b.
![]() Sarmat balinası |
![]() Sarmat hipparionunun kəllə sümüyü |
![]() Mastodonun alt çənəsi |
|