
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
“Neft-qaz yatağının 3D petrofiziki modelləşdirilməsi (yeni metodiki yaxınlaşma və tətbiqi aspektləri, Bahar yatağının timsalında)” mövzusunda ümumrespublika seminarı
Mart ayının 9-u, 2011-ci ildə AMEA-nın Geologiya İnstitutunda ümumrespublika Yer elmləri sahəsində “Neft-qaz yatağının 3D petrofiziki modelləşdirilməsi (yeni metodiki yaxınlaşma və tətbiqi aspektləri, Bahar yatağının timsalında)” mövzusunda seminar keçirilmişdir.
Məruzəçilər: f.-r.e.d. Həsənov Ə.B., g.-m.e.d. Məlikov X.F.
Çökmə qatının sürət kəsilişlərinin interpretasiyası Vp, Vs, Vp/Vs kimi baza sürət xarakteristikasının istifadəsinə əsaslanır. Lakin, bele nəticələr heç də birmənalı deyildir. Belə ki, qeyd edilən parametrlər süxurların litologiyası, məsaməliliyi, termodinamik şərait (təzyiq, temperatur) və flüidsaxlama kimi xüsusiyyətlərdən asılıdır.
Əksər çökmə süxurlar üçün Vp/Vs kəmiyyətlərinin qiymətlərinin kifayət qədər geniş diapazonda dəyişdiyini (uyğun olaraq 2km/s-dan 5km/s-a və 1km/s-dən 3km/s-a qədər), Vp/Vs nisbətinin isə 1.6-2.5 aralığında müşahidə olunur. Beləliklə, müxtəlif litologiyalı süxurlar üçün Vp/Vs nisbətinin qiyməti kiçik fərqənmə ilə səciyyələnir və təcrübi məlumatların “fon” məlumatlarından meylliliyinin öyrənilməsi kəsilişdə məhsuldar kollektorların birmənalı seçilməsinə kömək edir.
Oxşar təcrübə artıq çoxdalğalı quyu karotajı (akustik karotaj) və seysmik kəşfiyyatın aparılması zamanı həyata keçirilmişdir. Çoxsaylı ölçmələrin ümumiləşdirilməsi göstərir ki, müxtəlif litoloji süxurlar üçün sürətin bütün diapazonu üzrə Vs təxminən Vp-dən xətti asılıdır.
Qum daşı üçün Vp=1.24*Vs+1.06
Gilli şistlər üçün Vp=1.34*Vs+1.13
Dolomitlər üçün Vp=1.71*Vs+1.33
Beləliklə, çoxdalğalı seysmik karotaj zamanı bir sıra petrofiziki parametrləri qiymətləndirmək mümkündür – Vp, Vs, Vp/Vs, Puasson əmsalı, sıxlıq, həmçinin əsaslı elastiki parametrlər: hərtərəfli sıxılma əmsalı, Lame və sürüşmə modulu sabitləridir. Beləliklə, qeyd edilən parametrlər petrofiziki analiz və modelləşdirmədə müxtəlif qiymətlərlə səciyyələnirlər.
Azərbaycanın dəniz neft-qaz yataqlarının (Bahar yatağının və Bakı arxipelağının digər yataqlarının timsalında) konkret şəraitlərdə elastiki xassələrinin çoxkomponentli hesabatı və petrofiziki modelləşdirməni tətbiq edərək bu məsələni analiz etməyə cəhd etmişik.