Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Apr 2011 Diqər xəbərlər Diqər xəbərlər

Saatlı çox dərin qazma quyusu


Saatlı çox dərin qazma quyusu
 
 
SSRİ-nin Geologiya nazirliyində keçirilmiş Çox Dərin Qazma Proqramına uyğun olan Saatlı ÇQ-1quyusu hələ SSRİ dövründə layihələşdirilmişdir. Layihə dərinliyi ÇQ-1 Saatlı-Kürdəmir qravitasiya maksimumundan 10 km cənuba doğru  Saatlı yaxınlığındakı lay dərinliyi 15 km olan  yerdə yerləşdirilmiş, sınan və əks olunan dalğanın (difraqirasiya olunan) tətbiqi ilə dərinlik seysmik zondlamanın  məlumatlarına görə güman edilən konsolidasiya olunmuş “bazalt qatının” bərkimiş qabığının dərinliyi 6-7 km qiymətləndirilmişdir.
 
 
Qazma 1977-ci ildə başlanıb və quyudibi dərinliyi 8324 m-ə çatdıqda 1982-ci ildə texniki səbəblərə görə dayandırılıb.
 
Qazmanın məqsədi:
 
  • “Bazalt qatının” fərz edilən tavanının, yüksək qravitasiya maksimumu ilə dağarası çökəkliyin  hüdudlarında yer qabığının geofiziki quruluşunun modeli; 
  • Yer qabığının dərin qatlarında endogen proseslərin təzahürlərinin xüsusiyyətlərinin təyin edilməsi.


ÇQ-1 quyusu ilə  aşağdakı kəsilişlər izlənilmişdir:

1 Çınqıl, qravelitlər, qumçalar, gilçələr, qumdaşları 4-cü dövr 860 m
2 Gillər, qumdaşları Abşeron regio mərtəbəsi 1070 m
3 Gillər, alevrolitlər Aqçaqıl regio mərtəbəsi 320 m
4 Gillər, qumdaşları, alevrolitlər Balakən qatı 530 m
5 Gil, qumdaşları, karbonat süxurları Gecmiosen, Sarmat 50 m
6 Bazalt silləri ilə əhəngdaşları Erkən Təbaşir - Gec Yura 710 m
7 Doleritli bazaltlar Orta- 1310 m
8 Mikrodoleritlərlə andezit-bazalt və andezitlər Alt 1950 m
9 Mikrodolerit andezit-dasitlər, dasitlər riodasitlər,  plageoriolitlər sillərilə
Yura 1524 m
Kəsilişin ümumi qalınlığı :  8324 m

 

Erkən-orta Yura sistemli radiolyatorlu fauna ilə 6652 – 6651 m intervalında tuf –alevrolitləri siliusumlu horizont yaranmışdır. Məhsuldar qatdan qeyri-intensiv çıxan neft (2707 m dərinlik) qeyd olunmuşdur.


ÇQ -1 quyusu üzrə geoloji-geofiziki analiz materialları aşağdakıları müəyyən etməyə imkan verir;


  1. Yeraltı suların qeyri müvafiq filtrasiyası hadisəsi-karbohidrogen və mikroelementələrin qeyri-müvafiq miqrasiyası, yaxud lateral qoşulması qeyri-ənənəvi rezervuarlarda lokalizasiyaya  səbəb olur.
  2. Mezazoy vulkanizminə uyğun olaraq antidromun təkamülü: keçid şəraitində kontinental-riftogenden adaqövsü rejimə, dasit andezit–andezito-bazalt-bazalt seriyası müxtəlifliyi.
  3. Dağ süxurlarının anomal fiziki tərkibli iki zonası (ilk dalğa sürətinin əhəmiyyətinin azalması: sıxfazanın möhkəmliyi və məsaməliliyinin effektiv yüksək əhəmiyyəti; mezazoya əsasən vulkanın yuxarı hisssəsində (3540-4060 m) və geterogenli yuravulkanogenli seriyalar boyunca əlaqə, (7100-7400m).
  4. Metomorfik zonalar-seolit (3540-4600 m) –(4600-6800 m) yaşıl slanslar, (6800-8324m) dərinliyin artması ilə süxurun hidrotisasiyasının azalmasının nümayişi:
  5. Əsas mezozoyun hərəkətsiz zirvəsində bütün zonalarda qeyri birləşmənin yayılmasının mümkünlüyü;
  6. Neft və qazın faktiki və potensial ehtiyatının 3 horizontu.
  • Yuxarı horizont (0-3.5km) çöküntü örtüyünün neogen seriaları; antiklinal strukturda kommersiya yataqlarının lokalizasiyası;
  • Orta harizont (3.5-5.0 km) eosen seriyası və Mezozoy əsasında birdəfəlik sıxlaşmış zirvə; yerli çıxışlar əsasında kommersiya yataqları;
  • Alt horizont (8.5-9.5km) Mezozoya qədər zirvə; ilk elastik dalğanın aşağı sürət göstəricisinin anomal zonası, Aşağı-Kürün depressiyasının dərin çöküntü örtüyü serialarından yan miqrasiya hesabına neft və qazın mövcudluğu.

      7. Mezozoy kompleksinin  qalınlığı Kiçik Qafqaz analoji kompleksi cənub-şərq yamacından 1.5 dəfə böyükdür.


AMEA-nın Geologiya İnstitutu qeyri-adi xüsusiyyətli Saatlı ÇQ-1 çox dərin quyuya və onun geoloji–geofiziki tədqiqatlarına böyük diqqət yetirir.