Ana Səhifə / Xəbərlər

Xəbərlər

02 Jun 2011 Diqər xəbərlər Diqər xəbərlər

Gənc geoloqlara ingilis dili üzrə növbəti sertifikatlar təqdim olunmuşdur



Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun 26 gənc əməkdaşı ingilis dili üzrə növbəti sertifikatlara layiq görülüb. Belə ki, 2009-cu ilin oktyabrından başlayaraq institutda Gənc Alimlər Şurasının təşəbbüsü ilə ingilis dili tədris olunur. Hazırda “Uğur Akademi” Təhsil Mərkəzi tərəfindən keçirilən dərslərə indiyəcən 40 nəfər cəlb olunub. Mərkəzin direktoru Murad Ağalarov sertifikatların təqdimatı mərasimində bildirdi ki, bu sənəd ingilis dilinin orta və yüksək səviyyələrini uğurla addamış şəxslərə verilir.



İnstitutun Gənc Alimlər Şurasının sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Qulam Babayev qeyd edir ki, elmdə ümumi ünsiyyət vasitəsi olan ingilis dilinin gənc geoloqlara tədris edilməsində məqsəd onların beynəlxalq elm məkanına çıxışını asanlaşdırmaq və dünya ədəbiyyatından yararlanmaq imkanlarını artırmaqdır.
 
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.