Ana Səhifə / Xəbərlər

Xəbərlər

03 Jun 2011 Diqər xəbərlər Diqər xəbərlər

Avstriya alimləri Cənubi Xəzər hövzəsini Azərbaycanli həmkarlarindan öyrənir


Avstriyanın OMV Tədqiqatlar və İstehsalat Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun elmi tədqiqatları əsasında Cənubi Xəzər hövzəsinin geolojı quruluşunu və neft-qazlılığını öyrənir. Bu məqsədlə iki təşkilat arasında bağlanmış birillik müqavilə artıq başa çatmaq üzrədir.


Bu günlərdə Geologiya İnstitutunun bir qrup alimi Neft və qaz geologiyası və geokimyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin başçılığı ilə OMV-də Cənubi Xəzər hövzəsinə dair yekun məruzələrlə çıxış etmişlər.


Qeyd edək ki, Avstriya şirkətinin layihədən məqsədi adıçəkilən hövzəni öyrəndikdən sonra perspektivli strukturlardan birini seçərək orada karbohidrogen yığınlarını aşkar etmək üçün kəşfiyyat işlərinə başlamaqdır.


Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.