
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
10 Jun 2011
Diqər xəbərlər
Geologiya İnstitutunun əməkdaşlari Avstriyada keçirilmiş konfransda iştirak etmişlər
Avstriyanın paytaxtı Vyanada Geoloq-Alim və Mühəndislərin Avropa Assosiasiyasının beynəlxalq konfransı keçirilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri – geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktorları Südabə Mirizadə, Ülviyyə Mövsümova və gənc geoloq-doktorant Şəlalə Hüseynova tədbirdə iştirak etmişlər.

Azərbaycanlı geoloqlar tədbirə “Cənubi Xəzər hövzəsinin qərb yamacının sahil və mərkəzi zonalarının üçölçülü petrofiziki modeli” adlı elmi məqalə ilə qatılmışlar. Məqalə Ş.Hüseynova tərəfindən məruzə edilmiş və konfrans iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.