
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
20 Jun 2011
Diqər xəbərlər
Azərbaycan və ABŞ alimləri ölkəmizdəki geodinamik vəziyyətə dair yeni məlumatlar verəcək
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və ABŞ-ın Massaçusets Texnologiya İnstitutu ölkəmizdə 13 il aparmış olduqları seysmik təhlükələrə dair monitorinqlərin nəticələrini açıqlayacaqlar. Bu məqsədlə Geologiya İnstitutunda “Azərbaycan Respublikası ərazisinin müasir geodinamik şəraiti, gərginlik bölgələri və geoloji təhlükələr” mövzusunda seminar planlaşdırılmışdır.
Qeyd edək ki, 1998-ci ildə Azərbaycan ərazisində birgə monitorinqlərə başlayan iki qurum indiyəcən vaxtaşırı ölçmələr aparmaq üçün 36 müşahidə nöqtəsi təşkil etmiş, Bakı, Şəki və Neftçalada isə daim ölçmələr aparan ümumən 3 monitorinq stansiyası quraşdırmışlar.
Seminar iyunun 21-də saat 1000-da başlayır. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirlikləri, bp və digər təşkilatların mütəxəssislərinin iştirakı gözlənilir.
KİV-lərin nümayəndələri seminara dəvət olunur.
Ünvan: Hüseyn Cavid pr. 29A, Geologiya İnstitutu (konfrans zalı III mərtəbədədir).
Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.
Əlaqə telefonu: (994 12) 497 44 81