
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
22 Jun 2011
Diqər xəbərlər
“Okeanların paleogen çöküntüləri və paleogenin stratiqrafiya şkalası” mövzusunda seminar
22 iyun 2011-ci il tarixində AMEA-nın Geologiya İnstitutunun akt zalında “ Okeanların paleogen çöküntüləri və paleogenin stratiqrafiya şkalası ” mövzusunda Yer elmləri bölməsinin ümumrespublika elmi seminarı keçirildi.
Məruzəçi: Bağmanov M.A., g.-m.e.n.
Beynəlxalq dərin sularda aparılan qazma işlərinə elmin triumfu və XX əsrin hadisəsi kimi baxılır. Qazma işləri çox böyük dərinliklərdə, Okeanın istənilən yerində, seysmik aktiv və güclü qasırğa zonalarında da aparılır. Təxminən 800 şimal – 700 cənub en dairələri arasında 1000-dən çox quyu qazılmış, kilometrlərlə kerna götürülmüşdür; ən dərin quyunun dibi 2105 m, 1900 m vulkanik süxurlardan (bazalt) keçərək onların gəldiyi kanallara çatmışdır. Geofiziklərin yer qabığının okeanlarda və kontinentlərdə köklü surətdə fərqlənməsi mülahizələri fauna təyinatı ilə təsdiqlənir. Əvvəllər 0, 10, 20, 50 m-ə qədər dərinlikdən götürülən numünələr IV dövrü əhatə edir. Dib səthində daha qədim süxurlar nadirdir. Yeni tipli dəmir-marqans konkresiyalar yatağı nadir metallarla zəngindir, dünya okeanını örtür, ehtiyatı qurudakından çoxdur. Tədqiqatlar elmi proqram və texniki təchizata görə üç mərhələdə aparılır: Glomar Challenger (1968-1983, 6000 m-ə qədər), Jodies (1985-2003), Chikyu (indiyədək) gəmiləri vasitəsilə quyular maksimum dərinliklərə qədər qazılır. Yeni alınan profiloqrammalarda dəniz dibi relyef, bazalt fundamentinə qədər geoloji quruluş çox aydın görünür və münasib nöqtə seçilir. Dərinliklərdə qazma alətlərini dəyişəndə quyuya təkrar daxil olmaq üçün unikal sistem tətbiq olunur.
Dəniz dibi axınlar çoxluğu və yamac qravitasiya prosesləri geniş inkişaf edir. Okeanda nəzərdə tutulan fasiləsiz kəsilişlər çox nadirdir, davamlılığı onlarla mln illərə qədər olan, çoxsaylı fasilələr var. Durğunluq – “okeanda oksigensiz hadisələr” zamanı sənaye əhəmiyyətli maraq oyadan məhlul və qazvari karbohidrogenlər əmələ gəlir.
Planetar fauna zonaları yeni əsaslar, üsullar üzrə işlənmiş, iqlim qurşaqlarının və regionların zonal şkalaları tərtib olunmuş və ilk dəfə “sərhədlərin qlobal stratotip nöqtələr”i (TQSQ, GSSP) təsdiq edilmişdir. Plankton foraminifer kompleksləri karbonat fasiya ilə bağlıdır, alt Paleogen zonaları təxminən 500-650 şimal, 500-550 cənub en dairələri arasında, orta Eosen (üst hissə)- Oliqosen intervalına uyğun olan zonalar 450 şimal, 450 cənub en dairələri arasında qurşaqda – yalnız tropik və subtropik əyalətlərlə istifadə olunur, digər zonalarda inkişaf etmirlər, yüngül, soyuqluqda ağır izotopları ilə zənginləşir; son paleodənizlərdə çox dürüst iqlim zonaları ayrılır. Bəziləri tropik və subtropik zonada stratiqrafiyanın paleontoloji və paleogen sunglobal şkalasının bazasını plankton mikroorqanizmləri, əsasən də plankton foraminiferləri hesab edirlər. Təəssüf ki, iki əsr kontinentlərdə paleogen şkalasının bazası olan bütün qalan fauna qruplarını şkala üçün regional xarakterli sayırlar. Bu məsələdə biotların yayılma mexanizminə hərtərəfli baxılmır, mikroplanktonlara tam üstünlük düzgün verilmir.
40 illik tədqiqatlardan sonra məlum oldu ki, Karin hövzəsi ölkələri şkalası okeanda da ən etibarlısıdır; okean məlumatları Eosenin həcmi və mərtəbə bölgüsü probleminə düzəlişlər edə bilmir, müxtəlif iqlim zonaları üçün başqa zonal şkalalar qurmaq təklif olunur, istinad kəsilişləri səviyyəsinə düşür, müxtəlif ölkələrdə orta Eosen yenə də çox fərqli həcmdə verilir. Okean şkalası Paris hövzəsinin karbonat fasiyalı Eosen mərtəbələrini əhatə etmir və tropik plankton foraminifer kompleksinin ayrilması real mümkün olan karbonat fasiyalı zonalar yer qabığının çox böyük sahələrində yoxa çıxır, yaxud tam karbonatsız fasiyadadır. Deyilənlərin əksinə, Eosenin həcmi və mərtəbə bölgüsü yalnız Naxçıvan MR Eosen kəsilişləri əsasında həll oluna bilər. Paradaş mərtəbəsi çöküntülərində inkişaf edən fauna qlobaldır: Avropada, Asiyada, Afrikada çox geniş yayılmışdır. Bu faunanın çox böyük ərazilər üçün etalon götürülməsi və tropik zonal şkalaya keçidi təmin etməsi ideyası artıq tam qəbul olunub. Paradaş mərtəbəsi stratotipi Rusiya və Qafqaz ölkələri geoloqları tərəfindən öyrənilib və bəyənilib.