
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
21 Jun 2011
Diqər xəbərlər
Geotektonika və regional geologiya şöbəsi
Şöbənin rəhbəri: Kəngərli Tələt N., g.m.e.d
Elmi-tədqiqat sahələri: Respublika ərazisinin yer qabığının yerüstü və dərinlik geoloji-tektonik quruluşunun və təşəkkülünün qanunauyğunluqlarının öyrənilməsi və təfsiri; yer qabığının inkişafının əsas mərhələ və dövrlərinin tədqiqi, onun geodinamik təkamülü və müasir strukturunun təşəkkülü proseslərinin rekonstruksiyası və modelləşdirilməsi; litosferin inkişafının ən yeni mərhələsində baş verən tektonik hadisə və geodinamik proseslərin öyrənilməsi; seysmik və ekzogen proseslərin tektonik qanunauyğunluqlarının tədqiqi, müasir tektono-geodinamik, seysmik və ekzogen proseslər arasında korrelyativ asılılıqların müəyyən edilməsi və təhlili, təbii fəlakətlər riskinin proqnozlaşdırılması; müxtəlif faydalı qazıntıların əmələgəlmə və paylanması ilə yer qabığının geoloji-tektonik quruluşu arasında qarşılıqlı əlaqələrin öyrənilməsi; Qafqazın tektonikası və regional geologiyası üzrə beynəlxalq səviyyədə, o cümlədən qonşu dövlətlərin elmi təşkilatları ilə əlaqələrin və informasiya mübadiləsinin həyata keçirilməsi və genişləndirilməsi.