Ana Səhifə / Xəbərlər

Xəbərlər

22 Nov 2011 Diqər xəbərlər Diqər xəbərlər

Qorunmağa ehtiyaci olan nadir geoloji obyektlərin adlari açiqlanmişdir


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu qorunmağa ehtiyacı olan elmi, mədəni və tarixi əhəmiyyətə malik nadir geoloji obyektlərin adlarını açıqlamışdır. Bu niyyətlə institutda Yer elmləri sahəsində ümumrespublika seminarı keçirilmişdir. Tədbirdə institutun paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin müəyyən edilməsinin elmi əsasları” mövzusunda məruzə ilə çıxış etmişdir. O, bildirmişdir ki, Geologiya İnstitutunda “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin qorunması və davamlı istifadəsinə dair 2009-2012-ci illər üzrə” Tədbirlər Planı tərtib edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Qorunmağa ehtiyacı olan nadir geoloji obyektlərlə bağlı işlər Geologiya İnstitutunda həmin proqram çərçivəsində həyata keçirilir.


Ş.Babayev bu cür obyektlərin sırasında Binəqədi IV dövr onurğalılar məzarlığı, Maykop çöküntülərinin Pirəkəşkül kəsilişi, Beşbarmaq klipi, Babək qalası, Bədo bulağı, Yerfi bulağı, Qırməki dağında qədim neft quyuları və digərlərini sadalamışdır.






Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.

 
Əlaqə telefonu: (994 12) 497 44 81
(994 12) 510 01 41 (daxili- 162)