
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
24 Apr 2012
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTU AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN 20 İLİ ƏRZİNDƏ

Azərbaycan öz müstəqilliyinə nail olduqdan sonra Geologiya İnstitutunun alim-geoloqları əvvəllər mövcud olan beynəlxalq elmi əlaqələri daha sıx şəkildə qoruyub saxlamağa çalışmışlar. Bu isə, şübhəsiz, Azərbaycan geologiya elminin əsas məqsədinə - dünya elm birliyinə inteqrasiyasına cavab verir.
Hazırda cəsarətlə demək olar ki, İnstitutun elm aləmindəki nüfuzu təkcə milli deyil, həmçinin regional səviyyədə də təsdiqlənmişdir. Bu mənada İnstitut şübhəsiz liderdir və hətta bir sıra istiqamətlərdə İnstitut region sərhədlərini də aşa bilmişdir.
Azərbaycan öz müstəqilliyinə nail olduğu gündən artıq 20 il keçmişdir. Bu illər ərzində Respublika öz inkişafında nəhəng uğurlara nail olmuşdur. İqtisadiyyat, mədəniyyət, elm və təhsil yüksək templə inkişaf edir. AMEA Geologiya İnstitutu da öz ənənələrinə sadiq qalaraq, fundamental və tətbiqi problemlər sahəsində tədqiqatlara uğurla davam edir. Kitabda bütün bunlar haqqında geniş məlumat verilmişdir.