
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
01 May 2012
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTU GƏNC KADR SİYASƏTİNİ UĞURLA DAVAM ETDİRİR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu gənc elmi kadrların peşəkarlığının artırılması istiqamətində işlərini davam etdirir. Belə ki, institutun gənc elmi işçisi Fuad Əliyev Rusiyanın coğrafi informasiya sistemləri üzrə ESRI CIS şirkətinə ezam olunub. O, Moskvada yerləşən qurumda “ArcGIS” elektron xəritəçəkmə proqramının tektonika və regional geologiyaya aid xüsusiyyətlərini öyrənir. Qeyd edək ki, proqram vasitəsi ilə geologiya, geofizika, ekologiya, şəhərsalma və digər sahələrdə istənilən məlumatları vahid bazada cəmləşdirmək, analiz və təsvirini qurmaq, nəticədə isə elektron xəritə tərtib etmək mümkündür.
Geologiya İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərlinin dediyinə görə, institut bu proqramın istifadə qaydalarını mənimsəyərsə, Azərbaycan ərazilərinin tektonikasına dair mövcud məlumatları rəqəmsallaşdırmaq və elektron xəritə şəklində cəmləşdirmək mümkün olar. O, əlavə edib ki, bir həftəlik kurs F.Əliyevə Geologiya İnstitutunun öz vəsaiti hesabına keçilir və bu, elmi müəssisənin gənc kadrların inkişafı istiqamətində növbəti addımıdır.