
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
09 Sep 2021
Diqər xəbərlər
GGİ-nin ŞÖBƏ RƏHBƏRİ XIII ÜMUMRUSİYA PETROQRAFİK MÜŞAVİRƏDƏ ÇIXIŞ ETMİŞDİR
07 sentyabr 2021
“Petrologiya və mineralogiya” şöbəsinin rəhbəri, g.-m.e.d., professor Musa Məmmədov Rusiya Federasiyasının İrkutsk şəhərində bu gün videoformatda keçirilmiş XIII Ümumrusiya Petroqrafik Müşavirədə çıxış etmişdir.
Alimin “Kiçik və Böyük Qafqazın mezozoy yaşlı vulkanik-plutonik komplekslərinin formalaşmasının geoloji-geodinamik şəraitləri” mövzusunda məruzəsində (həmmüəllif g.-m.e.n., dosent Gültəkin Babayeva) Kiçik və Böyük Qafqazın mezozoy yaşlı maqmatik komplekslərinin petroloji xüsusiyyətləri ilə yanaşı, piroksen, ilmenit və qələvi mineralların tipomorf xüsusiyyətlərindən istifadə olunmaqla onların formalaşmasının geoloji-geodinamik şəraitləri araşdırılmışdır.
Müşavirə iştirakçıları məruzəni maraqla izləmiş, azərbaycanlı alimə suallarla müraciət etmişlər.
