Ana Səhifə / Xəbərlər

Xəbərlər

05 Jul 2012 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTU RUSİYADA YERALTI SƏRVƏTLƏRDƏN İSTİFADƏ HÜQUQUNA DAİR MƏQALƏ DƏRC ETDİRMİŞDİR


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə rəhbəri, texnika elmləri namizədi Vaqif İbrahimovun Rusiyanın “Neftqazpravo” adlı hüquq və analitik informasiya jurnalında “Yerin təkindən istifadə və yer təkindən (yer təki sahələrindən) istifadə hüquqları: subyektlər, obyektlər, məzmun” adlı məqaləsi dərc olunmuşdur. Məqalədə yerin dərinliklərindən istifadə hüququnun qanunvericiliklə mövcud uzlaşma imkanları analiz edilir.

Geologiya elminə aid olan belə bir tədqiqat Azərbaycanda ilk dəfədir aparılır. Materialın mövzusu konkret bir ərazini yox, Yerin ümumi təkini əhatə edir və Rusiya qanunvericiliyinin təcrübəsinə əsaslanır. Jurnalın baş redaktoru Viktor Nesterenko Geologiya İnstitutuna məktub yazaraq məqaləyə görə təşəkkürünü bildirmiş və araşdırmanı yüksək qiymətləndirmişdir.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə yeraltı sərvətlərdən istifadə hüququ ilə bağlı dünya təcrübəsini Azərbaycan elmində tətbiq etməyi və bu yolla ölkənin müvafiq qanunvericiliyini təkmilləşdirməyi məqsədə uyğun hesab edir.