Ana Səhifə / Xəbərlər

Xəbərlər

19 Jul 2012 Diqər xəbərlər Diqər xəbərlər

FRANSALI MÜTƏXƏSSİSLƏR GEOLOGİYA İNSTİTUTUNDA ƏMƏKDAŞLIQ İMKANLARINI MÜZAKİRƏ ETMİŞLƏR


“IFP Energies Nouvelles” şirkətinin Beynəlxalq Əlaqələr İdarəsinin direktoru  Daniel Çamplon və onun müavini Yolande Rondot Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda olmuşlar. Qonaqları institutun direktoru, AMEA-nın vitse-prezidenti akademik Akif Əlizadə və digər alimlər qarşılamışlar. Görüş zamanı iki təşkilat arasında neft və qaz sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Sonra Geologiya İnstitutunun şöbə rəhbərləri – AMEA-nın müxbir üzvü Əkpər Feyzullayev və geologiya-mineralogiya elmləri namizədi Dadaş Hüseynov fransalı mütəxəssislərə institutda aparılmış müvafiq tədqiqatların nəticələri və nəzərdə tutulmuş planlardan ətraflı məlumat vermişlər. Qonaqlar institutda aparılan və gələcəkdə nəzərdə tutulan tədqiqatları müsbət qiymətləndirmiş və bu işlərin müştərək davam etdirilməsini, institutun gənc alimlərini Fransadakı şirkətin təlim xarakterli layihələrinə cəlb etməyi məqsədəuyğun hesab etmişlər.

Qeyd edək ki, “IFP Energies Nouvelles” enerji, nəqliyyat və ətraf təbii mühit sahələrində ictimai araşdırmalar, innovasiya və təlim mərkəzidir.