Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Sep 2012 Diqər xəbərlər Diqər xəbərlər

LÖKBATANDA PALÇIQ VULKANI PÜSKÜRMÜŞDÜR


Sentyabrın 20-də səhər saat 5 radələrində Qaradağ rayonu ərazisindəki Lökbatan palçıq vulkanı püskürmüşdür.  
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev AzərTAc-a bildirmişdir ki, püskürmə təxminən 20 dəqiqə davam etmişdir. Püskürmə zamanı alovun hündürlüyü təqribən 200 metrə çatmış, ətrafa çoxlu palçıq tökülmüşdür. Vulkan sakitləşəndən sonra təxminən saat 9.10-da ikinci püskürmə baş vermişdir. Bu püskürmə əvvəlkindən zəif olmuşdur. Hazırda biz hadisə yerindən qayıtmışıq. Vulkan sakitləşmişdir.

Adil Əliyev onu da demişdir ki, Lökbatan palçıq vulkanı sonuncu dəfə 2010-cu il fevralın 4-də püskürmüşdür. Onunla müqayisədə bugünkü püskürmə çox güclüdür. Orada bir-iki gündən sonra planlama işi aparılacaq, süxur nümunələri götürüləcək ki, laboratoriya şəraitində təhlil olunsun və püskürmə haqqında material hazırlaya bilək. 

www.azertag.com