
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
20 Sep 2012
Diqər xəbərlər
LÖKBATANDA PALÇIQ VULKANI PÜSKÜRMÜŞDÜR
Sentyabrın 20-də səhər saat 5 radələrində Qaradağ rayonu ərazisindəki Lökbatan palçıq vulkanı püskürmüşdür. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev AzərTAc-a bildirmişdir ki, püskürmə təxminən 20 dəqiqə davam etmişdir. Püskürmə zamanı alovun hündürlüyü təqribən 200 metrə çatmış, ətrafa çoxlu palçıq tökülmüşdür. Vulkan sakitləşəndən sonra təxminən saat 9.10-da ikinci püskürmə baş vermişdir. Bu püskürmə əvvəlkindən zəif olmuşdur. Hazırda biz hadisə yerindən qayıtmışıq. Vulkan sakitləşmişdir.
Adil Əliyev onu da demişdir ki, Lökbatan palçıq vulkanı sonuncu dəfə 2010-cu il fevralın 4-də püskürmüşdür. Onunla müqayisədə bugünkü püskürmə çox güclüdür. Orada bir-iki gündən sonra planlama işi aparılacaq, süxur nümunələri götürüləcək ki, laboratoriya şəraitində təhlil olunsun və püskürmə haqqında material hazırlaya bilək.
www.azertag.com



