Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Sep 2012 Diqər xəbərlər Diqər xəbərlər

Beynəlxalq əlaqələr şöbəsi


Şöbənin rəhbəri: Əliyev Kamran A., g.-m.e.n.


Beynəlxalq əlaqələr Azərbaycan MEA Geologiya İnstitutunun əsas fəaliyyət istiqamətlərindəndir. "Beynəlxalq əlaqələr" şöbəsi AMEAGİ-nin xarici elmi mərkəzlər, təşkilat və şirkətlərlə elmi əlaqələrinin genişləndirilməsi və inkişafını təmin edir. Şöbənin əsas funksiyalarına: beynəlxalq şirkətlərin nümayəndəlikləri ilə əlaqə, beynəlxalq işgüzar yazışmanın təşkili, İnstitutun elmi məhsulunun reklam olunması, beynəlxalq konfrans və simpoziumlarda İnstitutun əməkdaşlarının iştirakı ilə bağlı təşkilati məsələlərin həlli, beynəlxalq müşavirələrin və sərgilərin təşkili daxildir. 

Geologiya İnstitutunun beynəlxalq əlaqələrində əsas yeri ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Fransa, Yaponiya, Avstriya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Asiyanın digər ölkələri tutur. 30-a yaxın xarici və beynəlxalq təşkilat - BP, EXON/Mobil, Shell, Chevron, UNOCAL, Statoil, Conoco, RWE, OMV, İNTAS, YUNESKO, NATO, İsveçrə Milli Elm Fondu, ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu və Milli Elm Fondu və başqaları ilə əməkdaşlıq qurulmuş və inkişaf etdirilir.

Geologiya İnstitutunun beynəlxalq əlaqələrində əsas sahəni Azərbaycanın geoloji quruluşunun tədqiqi, neft, qaz və palçıq vulkanizmi tutur. Bele ki, institutumuzda BP neft şirkətinin dəstəyi ilə "Hövzə Modelləşdirmə Mərkəzi" fəaliyyət göstərir. "Mərkəz" Cənubi Xəzər hövzəsinin neft-qazlılıq baxımından çətin öyrənilmiş ərazilərində geoloji prosesləri modelləşdirməklə məşğul olur. Modellərin sayəsində hövzənin geoloji quruluşu daha obyektiv öyrənilir və neft-qaz axtarışının səmərəliliyini artırmaq imkanları yaranır.
 
Geologiya İnstitutunun beynəlxalq elmi əlaqələrdəki uğurları, əcnəbi geoloqlarla aparılmış elmi tədqiqatların nəticələri deməyə imkan verir ki, bu gün Azərbaycanın dünyaya inteqrasiya etməsində elmimizin özünəməxsus rolu vardır. Bu rolun müəyyən hissəsi Geologiya İnstitutunun beynəlxalq elmi əlaqələrinin payına düşür.

Şöbədə 10 əməkdaş fəaliyyət göstərir, onlardan 2 nəfəri geologiya-mineralogiya elmləri namizədidir.