Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
26 Sep 2012
Diqər xəbərlər
Elmi nəşrlərin redaksiya hazırlığı şöbəsi
Şöbənin rəhbəri: Əliyev Q.Ə., g.-m. e. n.
Elmi nəşrlərin redaksiya hazırlığı şöbəsi 2005-ci ildə yaradılmışdır. Hazırda şöbənin 7 əməkdaşı var. Şöbə institut əməkdaşlarının təqdim etdiyi monoqrafiyaları, elmi əsərlər toplusunu, elmi-kütləvi kitabları, eyni zamanda, institutun keçirdiyi elmi konfransların materiallarını çapa hazırlayır. Şöbə ildə 4 dəfə nəşr olunan "Azərbaycan MEA-nın xəbərləri" (Yer Elmləri üzrə) jurnalının buraxılmasına xüsusi diqqət verir. Jurnalda geologiya, geofizika, geokimya, neft və qaz yataqlarının işlənilməsi, coğrafiya, elm tarixi, metodologiya və i.a. üzrə problemlərə aid elmi məqalələr çap olunur. Jurnalın əsas vəzifəsini azərbaycan alimlərinin Yer elmlərinin müxtəlif sahələrində əldə etdikləri nəzəri və praktiki nailiyyətləri hərtərəfli işıqlandırmaq, eyni zamanda, öz səhifələrində bu istiqamətlərdə aktual elmi məsələlərin müzakirəsini aparmaq təşkil edir.
Şöbə institutun redaksiya-nəşriyyat siyasətinin formalaşdırılmasında iştirak edir və onun bütün bölmələri ilə fəal əməkdaşlıq əlaqələri yaradır. Şöbə öz işlərini müəlliflərin əlyazmalarının birgə müzakirəsi və məsləhəti (həm onların formalaşdırılması, həm də çap nəşrinin tələblərinə uyğun yazılması) əsasında aparır, bu da, sözsüz ki, buraxılan çap məhsulu səviyyəsinin yüksəlməsinə kömək edir.