
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
20 Dec 2012
Diqər xəbərlər
AZƏRBAYCAN ƏRAZISINDƏ SEYSMOPROQNOZ MÜŞAHIDƏLƏR

Kataloqda AMEA RSXM-də 2011-ci ildə Azərbaycan ərazisində seysmologiya və zəlzələ proqnozu üzrə aparılan işlərin nəticələri cəmlənmişdir. Bu nəticələr seysmik stansiyalar şəbəkəsinin qeydə aldığı zəlzələlərin parametrlərindən, Şəki-Şamaxı və Abşeron proqnostik poliqonlarında və digər seysmik aktiv bölgələrdə geofiziki və geokimyəvi stansiyalar şəbəkəsi ilə müşahidə edilən geofizki və geokimyəvi sahələrin zaman-məkan variasiyaları haqqında olan məlumatların qısa xülasəsindən ibarətdir. Kataloqda Azərbaycanda seysmoloji xidmətin yaranmasının 110 illiyinə həsr olunmuş "Seysmiklik, zəlzələlərin proqnozu, tikililərin zəlzələyə davamlılığı" mövzusunda 07-12 oktyabr 2012-ci il tarixində keçirilən V Beynəlxalq konfransın materiallarından ibarət elmi məqalələr verilmişdir. Kataloq elm və istehsalat təşkilatlarında seysmologiya, zəlzələlərin proqnozu, seysmik rayonlaşdırma və zəlzələyə davamlı tikinti məsələləri ilə məşğul olan seysmoloq, geofizik, geokimyaçı və antiseysmik mütəxəssislər üçün nəzərdə tutulmuşdur.