
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
29 Jan 2020
Diqər xəbərlər
GGİ-ni GƏNC MÜHƏDİSİ İ.M. FRANK ADINA TƏQAÜD QAZANMIŞDIR
29 yanvar 2020-ci il
Azərbaycan Milli Elmlər Akademiyası və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu (BNTİ) arasında imzalanmış elmi əməkdaşlıq müqaviləsi çərçivəsində BNTİ-yə ixtisaslaşdırılmaq üçün ezam olunmmuş Geologiya və Geofizika İnstitutunun (GGİ)“Geoloji mühitin radiometriyası” şöbəsinin mühəndisi Fuad Əliyev Böyük Qafqazın Cənub-Şərq hissəsində yerləşən geoloji çıxışlarından götürülmüş çökmə süxurlarının element tərkibini neytron-aktivləşmə analizi vasitəsi ilə təyin etmişdir.
Əldə olunan nəticələr gənc mühəndis tərəfindən BNTİ-nin İ.M. Frank adına Neytron Fizikası Laboratoriyasında gənc alim və mütəxəssislər arasında keçirilən İ.M. Frank adına təqaüd müsabiqəsinə təqdim edilmiş və sözügedən müsabiqənin təqaüdünü qazanmışdır.
GGİ-nin İctimaiyyətlə əlaqələr şöbəsi
Əlaqə: 050 370 88 44; (012) 539 39 62
shirmamed.nazarli@yandex.ru