Ana Səhifə / Xəbərlər

Xəbərlər

26 Dec 2012 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTU İLLİK HESABAT VERƏCƏK


Dekabrın 27-də saat 1100-da Azərbaycan Milli Elmlər Akademiyasının dairəvi zalında Geologiya İnstitutunun 2012-ci ilə dair fəaliyyətinin hesabatı keçiriləcəkdir. Tədbir AMEA-nın Yer Elmləri Bölməsi ilə Geologiya İnstitutunun Elmi Şurasının birgə iştirakı ilə təşkil olunur. Hesabatda institut tərəfindən neft-qaz, geodinamika, palçıq vulkanizmi, hidrogeologiya və geologiya elminin digər istiqamətlərində aparılmış tədqiqatların gedişatı və nəticələrindən məlumat veriləcəkdir. Həmçinin, institutda davam etdirilən gənc kadr siyasətinin hazırkı nəticələri, bundan əlavə problemlər və həllini gözləyən digər məsələlərdən də bəhs olunacaqdır.


KİV nümayəndələri tədbirə dəvət olunur.

Ünvan: H.Cavid pr. 31, AMEA-nın əsas binası, II mərtəbədə dairəvi zal.