Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Jan 2013 Diqər xəbərlər Diqər xəbərlər

“DÜNYA GƏLƏCƏK GEOLOQLARIN GÖZÜ İLƏ” ADLI OLİMPİADANIN AÇILIŞI OLDU


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Bakı üzrə orta məktəb şagirdləri arasında “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada təşkil edir. Yanvarın 29-da 160 saylı orta məktəbdə olimpiadanın açılışı oldu.

İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil edilmiş layihədə paytaxtın 20, 42, 145, 160 və 175 saylı orta təhsil müəssisələrinin 8-11-ci sinif şagirdləri iştirak edir. Açılış mərasimində Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev məktəblilər üçün “Neft haqqında nə bilirik” mövzusunda çıxış etdi.

AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirir ki, olimpiada Azərbaycanın geologiya elmində ilk təşəbbüsdür. Bu cür layihənin təşkilində məqsəd şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, potensialını və istedadını inkişaf etdirmək, nəhayət elmlə təhsilin vəhdətindən faydalanmaqdır. Akademik bu cür olimpiadaların köməyi ilə gələcəkdə geologiya elmi üçün istedadlı kadrların yetişəcəyinə inandığını qeyd edir.