
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
06 Feb 2013
Diqər xəbərlər
MƏKTƏBLİLƏRƏ PALÇIQ VULKANLARI VƏ YERİN YARANMASINDAN DANIŞILDI
Fevralın 6-da 20 və 42 nömrəli orta məktəblərdə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 8-11-ci sinif şagirdləri ilə görüşlər keçirdi. Qeyd olunan birinci məktəbdə institutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev şagirdlərə palçıq vulkanlarından bəhs etdi. “Paleontologiya və stratiqrafiya” şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Şıxəli Babayev isə 42 saylı orta məktəbin şagirdlərinə Yer kürəsinin yaranmasından danışdı.
Məktəblilərlə görüşlər “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada çərçivəsində həyata keçirilir. Xatırladaq ki, olimpiada Geologiya İnstitutunun Gənc Alimlər Şurası tərəfindən təşkil olunub. Məqsəd şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, potensialını və istedadını inkişaf etdirmək, nəhayət elmlə təhsilin vəhdətindən faydalanmaqdır.
