Ana Səhifə / Xəbərlər

Xəbərlər

20 Feb 2013 Diqər xəbərlər Diqər xəbərlər

Doktorantura


Şöbənin rəhbəri: 
Biryukova Larisa Nikolayevna

Geologiya İnstitutunun doktorantura şöbəsi əyani və qiyabi doktorantura, həmçinin dissertantura yolu ilə elmi ixtisaslı mütəxəssislərin – fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanmasını həyata keçirir.

Fəlsəfə doktorları və elmlər doktorlarının hazırlanması 15 elmi ixtisas üzrə aparılır:
  • 2503.01 – Geokimya, faydalı qazıntıların geokimyəvi axtarış üsulları;
  • 2507.01 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları;
  • 2508.01 – Geoekologiya;
  • 2512.01 – Ümumi və regional geologiya (Paleontologiya və stratiqrafiya);
  • 2514.01 – Geotektonika və geodinamika;
  • 2515.01 – Petrologiya, vulkanologiya;
  • 2516.01 – Mineralogiya, kristalloqrafiya;
  • 2517.01 – Litologiya;
  • 2518.01 – Hidrogeologiya;
  • 2519.01 – Mühəndis geologiyası və süxurşünaslıq;
  • 2520.01 – Bərk faydalı qazıntıların geologiyası, axtarışı və kəşfiyyatı, minerageniya;
  • 2521.01 – Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı;
  • 2523.01 – Quyuların qazılması texnologiyası;
  • 2525.01 – Neft və qaz yataqlarının işlənilməsi və istismarı;
  • 2529.01 – Xəritəşünaslıq, geoinformatika.

Doktorantura şöbəsinin fəaliyyət dairəsinə illik qəbul, müasir elmin tələblərinə müvafiq elmi kadrların hazırlanması prosesinin təşkili (imtahanların və attestasiyanın keçirilməsi, respublika və beynəlxalq elmi seminar və konfranslarda iştirak) və ona nəzarət daxildir.


Dissertasiya işlərinin mövzusu elmin, texnikanın və texnologiyanın prioritet istiqamətlərinə uyğundur. Dissertasiya işlərinə Geologiya İnstitutunun aparıcı alimləri rəhbərlik edirlər.