Ana Səhifə / Xəbərlər

Xəbərlər

11 Apr 2013 Diqər xəbərlər Diqər xəbərlər

GEOLOGİYA İNSTİTUTUNUN ELMİ NƏTİCƏLƏRİ AVSTRİYA ALİMLƏRİNİN KÖMƏYİ İLƏ ELEKTRON PROQRAMLAŞDIRILACAQ


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun əməkdaşları Avstriyanın J.Kepler adına Linz Universitetində olmuşlar. AMEA-nın müxbir üzvləri Hətəm Quliyev və Qalib Əfəndiyev informasiya texnologiyaları  və proqramlaşdırma sahəsində fəaliyyət göstərən universitetin elmi tədqiqat istiqamətləri, nailiyyətləri, mərkəzləri, metodika imkanları və potensialı ilə yaxından tanış olmuşlar. Universitetin rəhbər heyəti ilə görüşən alimlərimiz də Geologiya İnstitutunun geofizika və neft-qaz quyularının qazılması istiqamətlərində əldə etdiyi elmi nəticələr haqda geniş məlumat vermişlər. Həmin nəticələr üzrə müasir kompyuter proqramlarının hazırlanması imkanları müzakirə edilmişdir.

Müzakirələrdə Avstriya tərəfindən universitetin aparıcı mütəxəssisləri – Bruno Buçberqer, Volfqanq Freiseisen, Friedriç Baldinqer və Daniella Denes-Ramskoqler iştirak etmişlər. Tərəflər əməkdaşlıq əlaqələrinin qurulması barədə razılığa gəlmişlər. Razılaşmaya görə, Linz Universiteti qeyd olunan kompyuter proqramlarının tərtibi üçün öz təcrübəsini Geologiya İnstitutu ilə bölüşəcək. Bu işin ilkin mərhələsinin maliyyə xərclərini Avstriya tərəfi öz boynuna götürmüşdür.

Sonra, Geologiya İnstitutunun alimləri geoloji mühiti təşkil edən süxurların fiziki-mexaniki xassələrinə dair təqdimatla çıxış etmişlər. Avstriyalı alimlər çıxışı maraqla qarşılamışdır.