
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
03 May 2013
Diqər xəbərlər
“DÜNYA GƏLƏCƏK GEOLOQLARIN GÖZÜ İLƏ” MÖVZUSUNDA OLİMPİADANIN FİNAL MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR
Mayın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunda paytaxt məktəblərinin VIII-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş “Dünya gələcək geoloqların gözü ilə” mövzusunda olimpiadanın final mərhələsi keçirilmişdir.
AMEA-nın Gənc Alimlər Şurası tərəfindən təşkil olunmuş olimpiadada 20, 42, 145, 160 və 175 nömrəli təhsil müəssisələrinin şagirdləri iştirak etmişlər.
Tədbirdə AMEA-nın Gənc Alimlər Şurasının sədri Orxan Abbasov bildirmişdir ki, müsabiqədə “Əsrin müqaviləsi. Müstəqil Azərbaycan”, “Təbii fəlakətlər”, “Azərbaycanda neft sənayesi” və başqa mövzuda yazılmış işlər arasından yaxşıları seçilərək finala vəsiqə qazanmışdır. Ümumilikdə, olimpiadada iştirak etmiş 135 şagirddən 18 nəfəri finala keçmişdir.
AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Qədirov, AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov məktəblilər üçün neft, zəlzələ, palçıq vulkanları və Yer planetinin yaranması ilə bağlı məruzələrlə çıxış etmiş, geologiya elminin əhəmiyyəti barədə ətraflı məlumat vermişlər.
Sonra final mərhələsinin iştirakçıları geologiya sahəsində təqdimatlarla çıxış etmişlər. Təqdimatlar Geologiya İnstitutunun alimləri tərəfindən qiymətləndirilmişdir.
Nəticədə Enel Şirinli birinci, Məryəm Əli ikinci, Gövhər Zeynalova üçüncü, Səbinə Əliyeva dördüncü, Vüsal Həsənli isə beşinci yerə layiq görülmüşdür. İlk beşliyə düşmüş məktəblilərə mükafat və diplomlar təqdim olunmuşdur.
www.azertag.com





