
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
22 May 2013
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTU BEYNƏLXALQ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) "Geoinformatika: Nəzəri və tətbiqi aspektlər" mövzusunda keçirdiyi 12-ci Beynəlxalq konfransda iştirak edib. Azərbaycan aliminin "Mühitin petrofiziki xüsusiyyətlərinin öyrənilməsində klaster təhlilinin tətbiqi" mövzusunda elmi məruzəsi dinlənilib.
Konfransdan sonra, H.Quliyev UMEA-nın Geofizika İnstitutunun direktoru akademik Vitaliy Starostenko və direktor müavini Aleksandr Kendzera ilə görüşüb. Görüş zamanı AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi ilə UMEA arasında elmi əməkdaşlıq əlaqələrini genişləndirmək imkanları müzakirə edilib.
H.Quliyev UMEA-nın Mexanika İnstitutu və Kiyev Milli Universitetinin rəsmiləri ilə də əməkdaşlıq barədə söhbətlər aparıb. Çexiya Respublikasının Elmlər Akademiyasının Süxur Strukturu və Mexanikası İnstitutu, Rusiya Elmlər Akademiyasının Neft və Qaz Problemləri İnstitutunun və İvano-Frankovsk Milli Neft və Qaz Texniki Universitetinin nümayəndələri ilə də birgə tədqiqatlar aparmaq razılığı əldə olunub.
