
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
02 Jul 2013
Diqər xəbərlər
AZƏRBAYCAN ALİMLƏRİ UKRAYNANIN PALÇIQ VULKANLARINDA TƏDQİQATLAR APARIR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun bir qrup əməkdaşı Ukraynanın palçıq vulkanlarında tədqiqatlara başlamışlar. Krımın Kerç yarımadasında aparılan işlərdə məqsəd Xəzər və Qara dənizlərində palçıq vulkanlarının əmələgəlmə və təzahür mexanizmlərinin oxşar və fərqli xüsusiyyətlərini öyrənmək, vulkan tullantılarının mineralogiyası üzrə təcrübə qazanmaq və Azərbaycanda tətbiq etməkdir.
İnstitutun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru professor Adil Əliyevin rəhbərlik etdiyi ekspedisiya qrupu tədqiqatları Ukrayna Milli Elmlər Akademiyasının (UMEA) Dəniz Geologiyası və Çöküntü Filiz Əmələgəlmə Bölməsinin alimləri ilə birgə həyata keçirirlər. A.Əliyevin dediyinə görə, tədqiqatlar 2012-ci ilin noyabrında Geologiya İnstitutu ilə Ukraynadakı sözügedən qurum arasında imzalanmış müqavilə çərçivəsində təşkil olunmuşdur. UMEA-nın əməkdaşları ötən ay azərbaycanlı həmkarları ilə birgə palçıq vulkanlarının geniş intişar tapmış olduğu Şamaxı-Qobustan regionunda tədqiqatlar aparmışlar. Hazırkı ekspedisiya təcrübə mübadiləsinin davamıdır və palçıq vulkanlarının seysmikliklə əlaqəsinin öyrənilməsi baxımından da hər iki tərəf üçün əhəmiyyətlidir. İyunun 27-də başlamış tədqiqatlar iyulun 3-də başa çatacaq.