
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
18 Jul 2013
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞI NİDERLANDDA TƏLİM KURSU KEÇMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun gənc alimi Fuad Əliyev Şotlandiyanın Midland Valley Şirkətinin “MOVE” rəqəmsal proqram təminatının mənimsənilməsi üzrə təlim kursu keçmişdir. Niderlandın Delft Universitetində təşkil olunmuş kurs iyulun 8-də başlamış və 16-da bitmişdir. Dərslər Haaqada yerləşən "4D GEO" Struktur Geologiya üzrə Məsləhət və Təlim Şirkətinin rəhbəri, fəlsəfə doktoru Armelle Klopenburq tərəfindən aparılmışdır.
Proqram vasitəsi ilə yerin dərinlikləri, o cümlədən zəlzələ ocağı zonalarını 3D formatda modelləşdirmək, xəritələri və profil kəsilişlərini rəqəmsallaşdırmaq mümkündür.
Kurs institutun Geotektonika və regional geologiya şöbəsinin təşəbbüsü, Azərbaycan Respublikası Prezidendi yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilmişdir. A.Klopenburq 2012-ci ilin dekabrında “MOVE” proqramı ilə bağlı dərsləri Geologiya İnstitutunda bir neçə gənc alimə keçmişdir.
Kursun yekununda "Move" programı vasitəsi ilə Böyük Qafqazın Azərbaycan ərazisinin geoloji mühitinin 3D modelini qurmaq nəzərdə tutulur.

