Ana Səhifə / Xəbərlər

Xəbərlər

29 Jul 2013 Diqər xəbərlər Diqər xəbərlər

AMEA GEOLOGİYA İNSTİTUTU NAXÇIVANIN GEOLOJİ ENSİKLOPEDİYASINI HAZIRLAYIR


Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri “Naxçıvan Muxtar Respublikasının Geoloji Ensiklopediyası”nı hazırlayır. Bu məqsədlə institutun şöbə rəhbərləri, geologiya-mineralogiya elmləri doktorları – Şıxəli Babayev, Muxtar Rüstəmov, Novruz Novruzov, coğrafiya elmləri doktoru Vaqif Məmmədov, həmçinin gənc alim Fuad Rəhimov və Coğrafiya İnstitutunun şöbə rəhbəri, coğrafiya elmləri doktoru Hüseyn Xəlilov Naxçıvanda ekspedisiya həyata keçirmişlər. Mütəxəssislər muxtar respublikanın bütün rayonlarında Paleozoydan tutmuş IV Dövr çöküntülərinə qədər olan süxur qatlarını tədqiq etmiş, onların koordinatlarını müəyyənləşdirmiş, lay dəstələrinin stratotip kəsilişlərinin fotolarını çəkmişər.

Nəşrin tərtibi ilə əlaqəli ümumi işlər 2012-ci ilin sentyabr ayından başlamış və ekspedisiyaya qədər Naxçıvan ərazisində intişar tapmış süxurların stratiqrafiyası, litologiyası, maqmatizmi, tektonikası, geomorfologiyası, faydalı qazıntıları, yeraltı və yerüstü su ehtiyatları barədə məlumatlar toplanılmış və təhlil edilmişdir. Ekspedisiya müddətində isə bu istiqamətlər üzrə dəqiqləşdirmə işləri aparılmışdır.

Bu ilin sonunda tədqiqatların yekunlaşdırılması və ensiklopediyanın çap edilməsi nəzərdə tutulur.