
Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
30 Jul 2013
Diqər xəbərlər
AMEA GEOLOGİYA İNSTİTUTUNUN İŞTİRAK ETDİYİ “QAFQAZIN TEKTONİKASI” ADLI BEYNƏLXALQ LAYİHƏ BAŞA ÇATMIŞDIR
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun iştirak etdiyi “Qafqazın tektonikası” adlı beynəlxalq layihənin icrası başa çatmışdır. İsveçrənin Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilmiş üçillik layihənin nəticələri adıçəkilən Avropa ölkəsinin Friburq Universitetində müzakirə olunmuşdur. Müzakirələrdə Geologiya İnstitutunun Geotektonika və regional geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tələt Kəngərli və gənc alimi Tofiq Rəşidov da iştirak etmişlər. Müzakirə toplantısında Cənubi Qafqaz ölkələri, Rusiya və İsveçrə alimlərinin əldə etmiş olduğu məlumatlar uzlaşdırılmışdır. Qərara gəlinmişdir ki, ilk dəfə olaraq coğrafi informasiya sistemi tətbiq edilməklə 1:500000 miqyaslı “Qafqazın rəqəmsal tektonik Xəritəsi” nəşr edilsin. Xəritənin nəşri 2014-cü ilə nəzərdə tutulur.
Azərbaycan alimləri İsveçrənin geologiyası ilə tanışlıq üçün təşkil olunmuş Yura dağlarına 2 günlük ekskursiyada da iştirak etmişlər.

