Fəaliyyət

GeoAzərbaycan

Xəbərlər
Ana Səhifə / Xəbərlər
Xəbərlər
29 Oct 2013
Diqər xəbərlər
GEOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞI QAZAXISTANDA KEÇİRİLMİŞ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB
Atırau şəhərində Qazaxıstanın görkəmli geoloqu, akademik Muftax Diarovun 80 illik yubileyinə həsr olunmuş “Ekologiya və neft-qaz kompleksi” adlı beynəlxalq elmi konfrans keçirilib. Tədbirə Qazaxıstandan əlavə Özbəkistan, Azərbaycan və Rusiyadan ümumən 250-dən çox alim və mütəxəssis qatılıb.
Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun Quyuların qazılması texnologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Qalib Əfəndiyev təmsil edib. O, tədbirdə “Qazma tullantılarının su mühitində çökməsi və onun bulanmasına təsiri” adlı məruzə ilə çıxış edib. Azərbaycan alimi həmçinin, konfransın 7 seksiyasından birinin iclasının sədri olub.